09 May 2020 10:42

Böyük Qələbənin 75-ci ildönümü

Qələbə bayramınız mübarək!

Bu gün 9 May – İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin yubileyi - 75-ci ildönümüdür. Xalqımızın övladları Böyük Vətən müharibəsi illərində həm ön, həm də arxa cəbhədə misilsiz qəhrəmanlıq və şücaət nümunələri göstəriblər.
Müharibədə iştirak etmiş 600 mindən çox Azərbaycan vətəndaşının qələbədə böyük payı olub. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyəcək qəhrəmanlığı və şücaəti əsl vətənpərvərlik nümunəsidir.
Həlak olmuş, dünyasını dəyişmiş qəhrəmanları ehtiramla anır və böyük Qələbənin yubileyi münasibətilə bütün veteranları ürəkdən təbrik edir, onlara cansağlığı diləyi ilə dərin təşəkkürümüzü bildiririk.

Qələbə bayramınız mübarək!





Bütün xəbərlər