04 İyun 2020 18:33

Metropolitendə sərnişindaşıma fəaliyyəti 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək dayandırılır

İstirahət günlərində xüsusi karantin rejimi sərtləşdirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 iyun 2020-ci il tarixli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının 1.3 maddəsinə uyğun olaraq, 6 iyun saat 00:00-dan 8 iyun 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Məlumata istinad:"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı"





Bütün xəbərlər