20 İyun 2020 14:11

Xüsusi karantin rejimi 1 avqust 2020-ci il saat 00:00-dək uzadılıb

Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti davam etdirilir

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti 19 iyun 2020-ci il tarixli 207 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 1 avqust 2020-ci il saat 00:00-dək uzadılmasını qərara alıb.
Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına əsasən, adı çəkilən ərazilərdə 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-a qədər bir sıra məhdudiyyətlər tətbiq olunur. Lakin həmin Qərarın əlavəsinin 3.4. bəndinə əsasən, ictimai nəqliyyatın, o cümlədən Bakı metropoliteninin fəaliyyətinə icazə verilir.
Bakı metropoliteni Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələblər daxilində sərnişinlərə xidmət göstərəcək. Bakı metropoliteninin stansiyaları səhər saat 06:00-dan gecə saat 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Cabmin.gov.az





Bütün xəbərlər