22 May 2015

İctimai müfəttişlər şurasının hesabat-seçki iclası keçirildi

Metropolitendə sərnişin təhlükəsizliyi və rahatlığını təmin edən sahələrdən biri kimi, ictimai müfəttişlər şurası digər qurumlardan tam...

Metropolitendə sərnişin təhlükəsizliyi və rahatlığını təmin edən sahələrdən biri kimi, ictimai müfəttişlər şurası digər qurumlardan tam fərqlənir və  tam ictimai əsaslarla fəaliyyət göstərir. Fəaliyyəti hərəkət təhlükəsizliyi aparatı və Metropoliten İşçiləri Həmkarlar İttifaqının birgə qərarı ilə tənzimlənir.

İctimai müfəttişlər şurası metropolitenin istehsalat sahələrinə reydlər keçirməklə yerlərdə təlimatlara, norma və qaydalara nə dərəcədə uyğun əməl olunmasını yoxlayıb sənədləşdirərək, həm müfəttişlik aparatına, həm həmkarlar təşkilatına, eləcə də metropolitenin istismar üzrə baş mühəndisinə təqdim edirlər. Aktda qeyd olunmuş nöqsanlarla bağlı tədbirlər barədə hesabat verirlər.

Fevralın 13-də ictimai müfəttişlər şurasının hesabat-seçki yığıncağı keçirilib. Tədbiri açan hərəkət təhlükəsizliyi üzrə baş müfəttişin müavini Pərviz Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə metropolitendə aparılmış struktur dəyişikliklərindən, həmin dövrdən bu yana baş vermiş dəyişikliklərdən danışaraq, ictimai müfəttişlər şurasının yeni – Qatarların və esklatorların hərəkət təhlükəsizliyi üzrə ictimai müfəttişlər şurası adı ilə fəaliyyət göstərəcəyini bildirdi.

Şuranın sədri Kamran Rizayevin hesabatı dinlənildi. Bildirildi ki, ictimai müfəttişlər şurasına 10 xidmət və onların hər birinin ictimai şurasına isə 4 müfəttiş daxildir. Hesabat dövründə iş planına uyğun, 179 reyd keçirilib və 308 nöqsan qeydə alınıb və onların aradan qaldırılmasına nail olunub. İctimai müfəttişlər təftiş aparatının və "Metro" qəzeti əməkdaşları ilə birlikdə 9 reyddə iştirak ediblər.

Hesabatdan sonra müzakirələr aparıldı və müfəttişlik aparatının işi qiymətləndirildi. Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov ictimai müfəttişlər şurasının işinin əhəmiyyətini qeyd edərək, onun fəaliyyətinin daha da səmərəli qurulması üçün təkliflər səsləndirilməsini, həmçinin həmkarlar təşkilatının bu işdə rolunun artırılması lə bağlı təkliflər səsləndirilməsini istədi.

Pərviz Məmmədov da işini daha səmərəli təşkili ilə bağlı təkliflərə açıq olduqlarını bildirdilər.

Şuranın 2014-cü ildəki fəaliyyəti qənaətbəxş hesab edildi. Kamran Rizayevin sədr kimi fəaliyyətini davam etdirməsi yekdilliklə qəbul olundu.





Bütün xəbərlər