29 İyul 2020 11:05

Qatar maşinisti peşəsi üzrə namizədlərin seçimi elan edilir

Ərizələr yalnız elektron qaydada və avqustun 15-dək qəbul edilir

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçimini həyata keçirir.
Seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir:

  • yaşı 24-30 arasında olan kişi və qadın namizədlər;
  • ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;
  • kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).

 Seçim məntiq, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun gələn namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.
Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5–6 ay davam edəcək.
İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.
Elektron ərizələr 15 avqust 2020-ci il tarixinə qədər qəbul edilir.





Bütün xəbərlər