15 Sentyabr 2020 13:20

15 sentyabr- Bilik günüdür!

Bayramınız mübarək!

Bu gün - 15 sentyabr ölkəmizin bütün təhsil ocaqlarında yeni tədris ili başlanıb. Builki Bilik Günü bütün illərdən fərqlənir. 2020-ci ilin 15 sentyabrında şagirdlər nəinki ölkəmizdə, bütün dünyada “COVID-19” virusu ilə əlaqədar olaraq pandemiyanın hökm sürdüyü bir vaxtda məktəbə xüsusi qaydalara uyğun olaraq yollanırlar.
Hər il Bakı metropolitenində məktəbə ilk dəfə qədəm qoyan birincilər bir ənənə olaraq böyük sürprizlər, hədiyyələr, şou proqramlarla təbrik edilir. Onlar üçün xüsusi əlamətdar olan bu gündə metro stansiyalarının platformaları və vestibüllərində, eləcə də qatarlarda aksiyalar keçirilir, metropolitenin daimi sərnişinlərinə çevrilən məktəblilər təbrik edilir, onlara dərs ilində uğurlar arzulanır və kiçik hədiyyələr təqdim olunur. Bu il isə qeyd etdiyimiz kimi, dünyada, eləcə də ölkəmizdəki pandemiya ilə əlaqədar olaraq kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. 

Ötən ildən fotolar:

Bilik günü Bilik günü Bilik günü Bilik günü
Bilik günü Bilik günü Bilik günü Bilik günü

Metropolitenin sentyabrın 14-də açılması nəinki məktəblilərimiz, bütün sərnişinlərimiz üçün böyük bir hədiyyə, sevinc, bayram payına çevrilib. 
Bütün metropolitençilər məktəbliləri, xüsusən birinciləri, eləcə də digər təlim-tədris müəssisələrinin şagird, tələbə və müdavimlərini, müəllim-pedaqoq heyətini Bilik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara zehin açılqığı, dərslərində uğurlar, ən əsası isə sosial məsafəni qoruyaraq, sağlamlıqlarının qeydinə qalmağı arzulayır!





Bütün xəbərlər