28 Sentyabr 2020 15:00

Metropoliten stansiyaları səhər saat 06:00-dan gecə 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq

Metropolitenin iş qrafikində dəyişiklik nəzərdə tutulmayıb

Ölkəmizin Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bütün ölkə ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilib. Həmçinin bir sıra regionlarda, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərin diqqətinə çatdırır ki, mövcud vəziyyətdə Bakı metropoliteninin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb. Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 06:00-dan gecə 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Əlavə məlumat olarsa, ictimaiyyətə açıqlanacaq.





Bütün xəbərlər