02 Oktyabr 2020 17:03
Həftə sonları Bakı Metropoliteni sərnişindaşıma fəaliyyəti göstərməyəcək
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejim müddətinin uzadılması barədə” 28 sentyabr 2020-ci il tarixli 359 №-li Qərarının 2.2 bəndinə əsasən, 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək tarixlərdə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti həyata keçirilməyəcək.