29 Oktyabr 2020 12:09

Xüsusi karantin rejimi dekabrın 2-dək uzadılıb

Metropoliten sərnişindaşıma fəaliyyəti göstərməyəcək

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 №-li Qərarının 1.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən, xüsusi karantin rejiminin müddəti 2020-ci il dekabrın 2-dək uzadılıb.
Onu da xatırladaq ki, xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı Nazirlər Kabinetinin 395 №-li Qərarına edilmiş müvafiq dəyişikliyə uyğun olaraq, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti noyabrın 2-dək uzadılmışdı.

 

Qərarların tam mətnlərinə istinadlar:

1. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

3. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə"





Bütün xəbərlər