07 Mart 2021 17:40

BAYRAMINIZ MÜBARƏK, ƏZİZ XANIMLAR!

8 Mart Beynəlxalq Qadınlar Günüdür!

Zəhmət, sevgi, səbr və gözəlliyin vəhdətinin təcəssümü olan, su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli Azərbaycan qadını çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malikdir. Bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamlarını, Vətəni ana qədər müqəddəs bilərək, torpaqlarımızın hər qarışını qorumağa hazır olan nəsilləri ürəyi ölkəmizə hədsiz sevgiylə dolu Azərbaycan anası yetişdirib.
Bakı metropoliteninin tarixində paytaxt sakinlərinə göstərilən xidmət mədəniyyətinin formalaşmasında qadınların daim xüsusi rolu olub. Bu yeraltı səltənətin ahəngdar işinin təmin olunmasında, sərnişinə nümunəvi xidmət göstərilməsində kişilərlə çiyin-çiyinə çalışan metropolitençi qadınların əməyi böyükdür.
Bu gün metropolitendə hərəkətin əsas idarəedici qüvvəsi olan dispetçer aparatından başlamış, ən mürəkkəb, ən məsuliyyətli sahələrdə qadınların rolu ildən-ilə artmaqdadır.
Qadın əməyinin həmişə yüksək qiymətləndirildiyi “Bakı Metropoliteni” QSC-nin kollektivi bütün Azərbaycan qadınlarını 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir! Məhəbbət qəlbinizdən, təbəssüm simanızdan, sevinc gözlərinizdən əskik olmasın!

Bayramınız mübarək, əziz qadınlar!





Bütün xəbərlər