13 May 2021 1:05

RAMAZAN BAYRAMINIZ MÜBARƏK!

Dünya müsəlmanlarının müqəddəs günü

Doğma həmvətənlər!

Hər bir müsəlmana əziz olan  mübarək Ramazan bayramı münasibətilə Sizi təbrik edir, Allahdan bu gözəl ayda tutduğunuz oruc və etdiyiniz duaların qəbul olunmasını diləyirik.
Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir.  Mənəvi zənginlik, şəfqət, ruzi-bərəkət, ülfət ayı olan Ramazan əsrlər boyunca bəşər övladına iman, mərhəmət, ixlas kimi ülvi keyfiyyətləri, Allahın xəlq etdiyi varlıqların əşrəfi olan insana həyatda əməli-saleh olmağı, digərlərinə münasibətdə xeyirxah, səbirli və mütəvazi olmağı təlqin edir.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, on bir ayın sultanı olan bu mübarək ayda  tutduğunuz orucunuzun, qıldığınız namazların  Allah dərgahında  qəbul olunmasını diləyir.
Qoy bu müqəddəs Ramazan bayramı hər birimizin həyatına  mənəvi saflıq, əmin-amanlıq, bol ruzi-bərəkət, möhkəm iman və yüksək rifahla dolu xoş günlər gətirsin.

Bayramınız mübarək!





Bütün xəbərlər