25 Sentyabr 2021 14:08

Oktyabrın 1-dən metropoliten hər gün sərnişindaşıma xidməti göstərəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə peyvənd olunan vətəndaşların sayının artması, həmçinin yoluxma dinamikasının davamlı azalmasını nəzərə alaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqinə qərar verib.
Baş nazir Əli Əsədovun sentyabrın 24-də imzaladığı “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” 280 nömrəli sərəncama uyğun olaraq, 2021-ci il oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatda, o cümlədən  Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur. 
Qeyd edək ki, Nazirlər Kabinetinin 28 avqust tarixli 248 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi müddətinin noyabr ayının 1-nə qədər uzadılaraq, həmin müddətdə Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətinin həftəsonları dayandırılması qərara alınmışdı.

Qərarın tam mətninə istinad: “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə”





Bütün xəbərlər