08 Noyabr 2021 18:00

Zəfər Günü və Metropolitençilərin Peşə Bayramı münasibətilə konsert proqramları (YENİLƏNİB)

İlk dəfə sərnişinlər qarşısında orkestr çıxış edib

Bakı metropoliteninin stansiyalarında Zəfər Günü və Metropolitençilərin Peşə Bayramı Günü münasibətilə konsert proqramı təşkil edilir. Geniş tədbirlər proqramının əsas mərkəzi "8 Noyabr” stansiyası olduğundan mədəniyyət nümayəndələrinin ilk çıxışı buradan başlanıb.
Metropolitendə bu günə qədər keçirilmiş sosial layihələr arasında xüsusi yer tutan konsert proqramları sırasına ilk dəfə hərbi orkestrin ifası da daxil edilib. Konsert zamanı milli və hərbi-vətənpərvərlik marşları ifa olunur. Daha sonra milli muğam üçlüyünün canlı ifasında xalq, Qarabağı tərənnüm edən və günün ruhuna uyğun mahnılar səsləndirilib.
Konsert proqramı “İçərişəhər” və “28 May” stansiyalarında davam etdirilib.
Konsert proqramları sərnişinlərin xüsusi marağına səbəb olub.
Qeyd edək ki, Bakı metropolitenində ənənəvi olaraq, Novruz bayramı, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həmçinin 18 Sentyabr – Milli Musiqi Günü ilə əlaqədar müntəzəm təşkil edilən konsert proqramları sərnişinlərin daim xüsusi diqqətinə səbəb olur.





Bütün xəbərlər