30 İyun 2015

Metropoliten könüllüləri daha iki gün işləyəcək

“Bakı Metropoliteni” QSC əsas stansiyalarda könüllülərin iş qrafikini iyulun 1-nə qədər uzadıb.

1-ci Avropa Oynları başa çatsa da möhtəşəm tədbiri izləməyə gələn xarici qonaqların bir hissəsi ölkəmizə səfərlərini davam etdirir. Eyni zamanda. böyük idman bayramının təşkilatçıları da hələ bir müddət Bakıda olacaqlar. Elə bunu nəzərə alan “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi əsas stansiyalarda fəaliyyət göstərən könüllülərin iş qrafikini iyulun 1-nə qədər uzadılması barədə qərar verib. Belə ki, “İçərişəhər”, “Sahil”, “Nizami”, “28 May” və “Koroğlu” stansiyalarında könüllülər yenə əvvəlki qaydada – növbəlilik əsasında fəaliyyətlərini davam etdirirlər.





Bütün xəbərlər