16 января 2019 0:00
2019-cu il üçün illik nəzərdə tutulan kartriclərin satınalınması üzrə bildiriş
“05” fevral 2019-cu il tarixinə keçirilmişdir
“Bakı Metropoliteni” QSC tərəfindən 23.01.2019-ci il tarixdə keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” QSC-yə 2019-cu il üçün illik nəzərdə tutulan kartriclərin satınalınması üzrə Açıq Tenderin vaxtı “05” fevral 2019-cu il tarixə saat 15:30-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “25” yanvar 2019-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “04” fevral 2019-cu il saat 17:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 16 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası