19 апреля 2017

28.04.2017-ci il tarixində keçirilməsi nəzərdə tutulan tenderin vaxtı ilə əlaqədar bildiriş

Tender 8 may tarixinə keçirilib

 Bildiriş

“Bakı Metropoliteni” QSC tərəfindən 28.04.2017-ci il tarixdə keçirilməsi nəzərdə tutulan “Santexnika və Tikinti mallarının (yaxma və yapışdırıcılar)  satınalınması” üzrə Açıq Tenderin vaxtı “08” may 2017-ci il tarixinə saat 16:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “27” aprel 2017-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “05” may 2017-ci il saat 18:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar