z

“BakıKart” məhdud istifadə (kağız) kartın alınması

#

1. Məhdud istifadə kartının alınması üçün “BakıKART Məhdud istifadə üçün” düyməsinə basın.

#

2. Ekranda kartın qiyməti göstəriləcək. Məlumatla tanış olduqdan sonra “Davam et” düyməsini basın. Kartın qiyməti 30 qəpikdir. Diqqət! Aparat qalıq pul qaytarmır.*

#

3. Gediş sayını seçin. Maksimum 4 gediş yükləmək mümkündür.

#

4. Pul qəbulediciyə seçilən gediş sayına uyğun məbləği daxil edin. “Davam et” düyməsini basın. Qəbzi almaq üçün “Bəli”, əks halda “Xeyr” düyməsinə basın.

#

5. Kartınızı və qəbzinizi aparatdan götürün.