z

Yeni maşinistlər əvvəlki nəsil qatarların idarəetməsini öyrənir

Yeni maşinistlər əvvəlki nəsil qatarların idarəetməsini öyrənir

01 DEKABR / 2022 / 11:22

“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində ilk dəfə işə yeni qəbul olunmuş qatar maşinistləri üçün kurs təşkil edilib. Layihənin əsas məqsədi yeni tipli qatarların maşinistlərinə əvvəlki nəsil hərəkət tərkiblərinin idarəetməsinin mənimsədilməsidir.
3 ay müddəti əhatələyən ilk kursda 8 qatar maşinisti iştirak edib. Kurslar peşəkar rəhbər və mütəxəssis heyətinin hazırladığı proqram əsasında keçirilib. Müdavimlər 1 ay müddətində sınaq yürüşləri həyata keçirməklə nəzəri imtahan veriblər. Yekunda praktiki və nəzəri baxımdan ümumi imtahan verən maşinistlər praktiki yürüş normativlərini də uğurla yerinə yetirdikdən sonra sertifikatlaralayiq görülüblər.
Qeyd edək ki, 2018-ci ildən Bak metropolitenində qatar maşinistlərinin hazırlığı tamamilə yeni qaydalarla təşkil edilir. Dünya təcrübəsi və Bakı metropoliteninin xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilmiş kursları bu günə qədər 56 maşinist uğurla başa vuraraq, 81-760/761/763 və 81/765/766 seriyalı ən müasir tipli qatarların idarə edilməsi hüququna sahib çıxıblar.
81-717/714 tipli qatarların idarə edilməsi üzrə ilk təlimdə əldə edilmiş uğur mərhələ ilə digər yeni tipli qatarların maşinistlərinin də bu prosesə cəlb edilməsinə şərait yaradıb.