z
19 APREL / 2024 / 11:44
Aprelin 17-də Azərbaycan Texniki Universitetində karyera sərgisi keçirilib. Sərgidə “Bakı Metropoliteni” QSC-ni İnsan resursları və layihələrin idarə edilməsi departamentinin mütəxəssisləri təmsil ediblər.
Karyera sərgisi fərqli təcrübələrə, müxtəlif bacarıqlara malik işaxtaranlarla görüşmək, potensial işçilərlə əlaqə qurmaq, brendləri tanıtmaq və şirkətlərdə istənilən açıq mövqeləri doldurmaq məqsədilə keçirilib.
Sərgidə iştirak edən hər şirkətin nümayəndə heyəti üçün xüsusi sahə ayrılıb və orada təmsil olunan müəssisənin rolapı, eləcə də broşür və posterlər yer alıb. Metropoliten təmsilçiləri iştirakçılara müəssisə, müxtəlif peşələr, buradakı karyera imkanları və s. haqqında məlumatlar veriblər.