Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
Yerləşir
Akademik Zərifə Əliyeva prospekti 8Tikilmə tarixi
1934-cü ilƏn yaxın stansiya
"Sahil"Haqqında
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Azərbaycan Respublikasının ən böyük musiqili teatrlarından biri. Teatr tamaşaları əsasən musiqili komediya janrındadır. Böyük Vətən müharibəsi illərində teatrın işi yenidən qurulur və bu teatra Azərbaycan Dövlət Təbliğat Teatrı adı verilir.Azərbaycan milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəylidir. Onun 1909-cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur: Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur. Sonrakı illərdə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) musiqili komediyaları oynanıldı. İnqilaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyuldu. Bu komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, rüşvətxorluq, cəhalət və s. ifşa olunur. Bu tamaşaların yaradılmasında H.Ərəblinski, M.Ə.Əliyev, Ə.Ağdamski, Ə.Hüseynzadə, H.Abbasov, A. və Y.Olenskayalar, R.Darablı, Ə.Anaplı və başqalarının mühüm rolu olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra milli teatrın inkişafı üçün geniş imkanlar yarandı. 1938-ci ildə Soltan Dadaşov bəstəkar Zülfüqar Hacıbəyovun "Evliykən subay" operettasını yeni redaksiyada işlədi və onu tamaşaya qoydu. İlk tamaşa 1938-ci il 30 mayda "Rote Fane" (indiki Nizami adına park) mədəniyyət və istirahət parkında göstərildi. Afişalarda və proqramın yuxarı hissəsində "Azərbaycan Dövlət Musiqili Komediya Teatrı" sözləri yazılmışdı. 1941-ci il iyun ayının 22-də Faşist Almaniyası SSRİ-yə hücum etdi. Hökumətin qərarı ilə teatrın fəaliyyət — iş prinsipi yenidən quruldu. Kollektivə "Aqitteatr" (Azərbaycan Dövlət Agitasiya Teatrı) funksiyası verildi. 29 avqust 1942-ci ildə təbliğat teatrının yenidən Azərbaycan Dövlət Musiqili komediya Teatrı adlandırılması barədə əmr verdi. Şəmsi Bədəlbəyli aprel ayının 27-də teatra direktor və bədii rəhbər təyin edildi. 1943-cü ilin avqust ayında teatra nasir-dramaturq, publisist, "Molla Nəsrəddin" jurnalının banisi Cəlil Məmmədquluzadənin adı verildi. Yerləşir Akademik Zərifə Əliyeva prospekti 8 Tikilmə tarixi 1934
Azərbaycan Dövlət Pantomima Teatrı
Yerləşir
Azadlıq prospekti 75Tikilmə tarixi
1994-cü ilƏn yaxın stansiya
"28 May"Haqqında
Azərbaycan Dövlət Pantomima Teatrı 16 may 1994-cü ildə Azərbaycan mədəniyyət nazirinin sərəncamı ilə "Dəli yığıncağı" Pantomim Teatr-Studiyası kimi yaranmış və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir. 2000-ci ildə “Dəli yığıncağı” pantomim teatr-studiyasına Dövlət statusu verilib. Azərbaycanda Pantomim teatrının əsasını qoyan Azərbaycan Xalq Artisti Bəxtiyar Xanızadədir.
Azərbaycan Dövlət Kukla Teatrı
Yerləşir
Neftçilər prospekti, 36Tikilmə tarixi
1910-cu ilƏn yaxın stansiya
"Sahil"Haqqında
Azərbaycan Dövlət Kukla Teatrı Azərbaycan Dövlət Kukla Teatrı – 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931–1941; 1946–1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941–1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır.İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdir.Müxtəlif illərdə (1931–1941-ci illər); (1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-ci il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. Yerləşir Neftçilər prospekti, 36 Memar Yuzef Ploşko Tikilmə tarixi 1910
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
Yerləşir
Bakı, Xəqani 7Tikilmə tarixi
1920-ci ilƏn yaxın stansiya
"Sahil"Haqqında
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K.Trenyov), "Qiyam" (B.Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F.Şiller), "Romeo və Cülyetta" (V.Şekspir), "Canlı meyit" (L.Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C.Cabbarlı), "Hamam" (V.Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.[
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Yerləşir
Füzuli Küçəsi 1Tikilmə tarixi
1958-ci ilƏn yaxın stansiya
"Nizami"Haqqında
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Görkəmli maarifçilər Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdləri 1873-cü il martın 10-da "Nəciblər klubu"nda M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyasını tamaşaya qoydular. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu. Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. 1918-ci il oktyabrın 18-də Cümhuriyyət Hökuməti xalq maarifi nazirinin Azərbaycan Dövlət Teatrının yaradılması haqqında məruzəsini dinləyərək, teatr üçün Mayılov Qardaşları Teatr binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası) almaq barədə qərar qəbul etdi. Qərarda göstərilirdi ki, Bakıda Dövlət Teatrının yaradılmasının vacibliyini və bu məqsəd üçün daha çox Mayılov Qardaşları Teatr binasının yararlı olduğunu nəzərə alaraq, xalq maarifi nazirinə tapşırılsın ki, Mayılov Qardaşları Teatrını məcburi surətdə, lakin ədalətli qiymətlə, dövlət teatrı üçün öz sərəncamına alsın, onun satınalma qiymətini müəyyənləşdirmək üçün xüsusi komissiya yaratsın və həmin teatr bundan sonra Dövlət Teatrı adlandırılsın. Cümhuriyyət dövründə Dövlət Teatrı səhnəsində opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, onda mühüm dövlət tədbirləri üçün istifadə etmək nəzərdə tutulurdu. Zülfüqar və Üzeyir Hacıbəyli qardaşları truppasının bütüb tədbirləri Dövlət Teatrının səhnəsində keçirilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Teatrı öz pərdələrini ilk dəfə 1918-ci il noyabrın 4-də Hacıbəyli qardaşları truppasının hazırlağı, Nəriman Nərimanovun "Nadir Şah" faciəsinin tamaşası ilə açdı. 1919-1920-ci illərdə teatrın səhnəsində daha çox Üzeyir Hacıbəylinin opera və operattaları göstərilirdi. 1920-ci ilin aprelində Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra da bu teatr Sovet Azərbaycanının dövlət teatrı kimi fəaliyyət göstərmiş və uzun illər həmin binadan təkcə teatr-sənət ocağı kimi deyil, həm də ictimai-siyasi və dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi üçün istifadə edilmişdir. Teatrın adı müxtəlif illərdə Hökumət teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923-1933) və Məşədi Əzizbəyovun (1933-1991) adlarını daşımışdır.
Azərbaycan Milli İncəsənət Muzeyi
Yerləşir
Niyazi küç., 9-11Tikilmə tarixi
1937Ən yaxın stansiya
"İçərişəhər"Haqqında
Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır.1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri,Rüstəm Mustafayevin adını daşıyır. Hal-hazırda muzey, Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada - "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələrinin Kanada (1966), Kuba (1967), Suriya (1968), Fransa (1969), Çexoslovakiya (1970), Əlcəzair (1970), İraq (1971) və sair ölkələrdə sərgisi təşkil edilib. Muzey bazar ertəsi günləri xaric hər gün saat 10:00-dan 18:00 kimi ziyarətçilərin üzünə açıq olur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Yerləşir
Nizami 95Tikilmə tarixi
1910–1911-ci illərƏn yaxın stansiya
"Sahil"Haqqında
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək. Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri – mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək. Beləliklə, cəmi on ay ərzində – 1910–1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. Bu sənət məbədi 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır. Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 25-də tamaşaya qoyulmuş "Leyli və Məcnun" operasından başlanır. İnqilaba qədərki dövrdə Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (1916), Müslüm Maqomayevin "Şah İsmayıl" (1919) operaları tamaşaya qoyulmuşdu. Teatrın repertuarı ənənəvi klassik opera formasında yazılmış "Şahsənəm" (1927, Reynqold Qlier), "Nərgiz" (1935, M.Maqomayev) və "Koroğlu" (1937, Ü.Hacıbəyov) operaları ilə zənginləşdi. 1940-cı ildə ilk milli Azərbaycan baleti – "Qız qalası" (Əfrasiyab Bədəlbəyli), "Vətən" (1945, Qara Qarayev və Cövdət Hacıyev), "Xosrov və Şirin" (1942, Niyazi) "Nizami" (1948, Əfrasiyab Bədəlbəyli) operaları tamaşaya qoyuldu. 50-ci illərdə teatrın repertuarı "Sevil" (1953, F.Əmirov), "Azad" (1957, C.Cahangirov) və s. əsərlərlə zənginləşdi. "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q.Qarayev), "Qaraca qız" (1965, E.Abbasov), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov) baletləri tamaşaya qoyuldu. 1928-ci ildə teatra Mirzə Fətəli Axundovun adı verilmişdir. 1959-cu ildən Akademik Opera və Balet teatrı adlanır.
Hacı Zeynalabdin Tağıyev adına Tarix Muzeyi (ev muzeyi)
Yerləşir
Hacı Zeynəlabdin Tağıyev 4Tikilmə tarixi
1893–1902-ci illərƏn yaxın stansiya
"Sahil"Haqqında
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət xatirə muzeyi. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.A.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: H.Z.A.Tağıyevin iş kabineti Şərq zalı kitabxana bilyard otağı yemək otağı məlumat otağı Sona xanım Tağıyevanın bəzək otağı – buduar yataq otağı Təmizlik otağı Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynal Abdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H.Z.A.Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri Hacı Zeynalabdin Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) Hacı Zeynalabdin Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar. Xatirə muzeyinin ekspozisiyası Hacı Zeynalabdin Tağıyevin iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Onun divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı tünd yaşıl divar kağızı ilə bəzədilmişdi. Burada bilavasitə Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da vardır. Kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır. Səhərlər kabinetdə Hacının köməkçiləri ona yerli, Rusiya, Avropa, eləcə də Şərq ölkələrində çıxan qəzetlərdən onu maraqlandıran məqalələri oxuyar, dünyada baş verən hadisələrdən xəbərdar edərdilər. Yazı stolunun arxasındakı divarda Hacının öz şəkil kolleksiyasından İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah Qacarın, solda isə Rusiya imperatoru II Nikolayın və onun xanımı Aleksandra Fyodorovnanın portretləri asılıb. Kabinetin pəncərələri ilə üzbəüz divarda isə rəssam Ayvazovskinin “Dənizdə fırtına” adlı əsəri asılıb. Hacının İran şahı Müzəffərəddinlə görüşünü əks etdirən portret və ev sahibinin yaşadığı günlərdə olduğu kimi əvvəlki yerində asılmışdır. Yazı stolu ilə üzbəüz Hacı Zeynalabdin Tağıyevin portretini görmək olar. Bakıda orta texniki məktəbin binasının tikilməsində göstərdiyi xidmətlərə, maddi yardıma görə şəhər duması Hacı Zeynalabdin Tağıyevin portretinin sifariş edilməsi barədə qərar vermişdi. Əsər 1912-ci ildə görkəmli rəssam İ.Brodski tərəfindən çəkilmişdi. Burada Hacı Zeynalabdin Tağıyev təltif edildiyi bütün medal və ordenlərdə əks olunub. Onların arasında Rusiyanın “Müqəddəs Stanislav” ordenləri, “Səyinə görə” üç qızıl medal, İranın “Şiri xurşid” ordeni, Buxara Qızıl Ulduzu vardır. İş kabinetindən Şərq zalına keçmək mümkündür. Sarayın iki ən böyük zallarından biri olan, qədim oriyental ornamentlərini özündə birləşdirən Şərq zalı gözəlliyi və möhtəşəmliyi ilə seçilir. Burada qəbullar, rəsmi müşavirələr və təntənəli mərasimlər keçirilirdi. Qapıları qoz, fıstıq, armud ağaclarından hazırlanmış Şərq zalı xüsusi zövqlə bəzədilmişdi. Buraya şəbəkəli stollar, stullar, royal, kreslolar və s. qoyulub. Zalın tavanına Quran ayələri yazılıb. Bu yazı və bəzəklərə 9 kiloqram qızıl işlədilib. Nəhəng çil-çıraq və güzgülərin üzərindəki bralar zalı işıqlandırmaqla bərabər, onun gözəlliyini daha da artırır. Pəncərələrin bədənnüma şüşələrində Hacı Zeynalabdin Tağıyevin ərəb hərfləri ilə adı və soyadı yazılmışdır. Zalın müxtəlif hissələrində rast gəlinən və müsəlman memarlığında geniş işlədilən altıgüşəli ulduz Süleyman peyğəmbərin üzüyünün qaşı formasındadır. İnanca görə, o, insanı pis nəzərdən qoruyur. Yuxarı hissədəki sütunlu tağlar möhtəşəm Şərq zalına xüsusi gözəllik verir. Sütunlu tağların altından keçərək Hacı Zeynalabdin Tağıyevin kitabxanasına daxil olmaq olar. Hacı Zeynalabdin Tağıyev maarifçiliyin tərəqqisi üçün misilsiz səy və xidmətlər göstərmişdir. Onun vəsaiti hesabına görkəmli yazıçı və şairlərin, tarixçilərin əsərləri çap olunmuşdur. Tağıyev “Kaspi” qəzetini almış və onun sahibi olmuşdu; Quran Azərbaycan dilində ilk dəfə həmin qəzetin nəşriyyatında nəşr edilmişdi. Azərbaycanda “Nəşri-maarif”, “Nicat” və b. xeyriyyə cəmiyyətlərinin təsis edilib fəaliyyət göstərməsində Hacı böyük əmək sərf etmişdi. Kitabxanada ağ rəngli, yumşaq, ipək oturacaqlı mebel dəsti, iki taxta stol, stullar və kreslolar, kitab şkafları yerləşdirilib. Kitab şkaflarında Rusiya imperiyasının qanunlar topluları saxlanılır. Xalça və pərdələr otağa xüsusi yaraşıq verir. Kitabxananın sağında yerləşən qapı bilyard otağına aparır. Otağın ortasında bilyard stolu qoyulmuşdur. Buradakı arxası hündür gön-dəri divan, kreslolar istirahət üçün nəzərdə tutulmuşdur. Otağı xüsusi quruluşlu çil-çıraq bəzəyir. Hacı Zeynalabdin Tağıyev daxilən zəngin mənəvi aləmə malik bir şəxs idi. Onun böyük rəsm kolleksiyası var idi. O, axşamlar musiqi zümzümə edərək, Qərbi Avropa, rus rəssamlarının əsərlərinə baxıb zövq alarmış. Hətta Parisə səfər zamanı Tağıyevi yalnız işgüzar komanda deyil, muğam üçlüyü də müşayiət edibmiş. Hacı Zeynalabdin Tağıyev şöhrət naminə, yaxud əcnəbilərə təsirli imic yaratmaq üçün deyil, məhz mənəvi tələbat baxımından Avropa səfərinə özü ilə musiqiçilər dəstəsi götürmüşdü. Muğamı qəlbən duyması, dəyərləndirməsi, onun hüzurunda hər müğənninin oxumağa cürət etməməyi Hacının təkcə kamil muğam biliciliyindən deyil, nəcib mənəviyyatından, ümumən daxili estetik potensialından xəbər verir. Bilyard otağı və kitabxanadan çıxıb yenidən sütunlu tağlar olan guşəyə daxil olmaq olar. Buradan solda yerləşən qapı yemək otağına aparır. Otağın divarlarına məxməri-ipək parça çəkilmişdir. Ortada uzun düzbucaqlı masa və ətrafına oturacağı məxmərdən olan stullar qoyulub. Buxara əmirinin hədiyyəsi olan gümüşdən hazırlanmış üstü minalı qab dəsti burada nümayiş etdirilir. Şkaflarda Hacı Zeynalabdin Tağıyevin Fransadan gətirdiyi və üzərində özünün venzeli olan xörək dəsti, gümüş bıçaqlar, büllur qədəhlər qoyulub. Otaqda həmçinin qoz ağacından düzəldilmiş, gözəl ornamentli böyük bufet yerləşir. Bufetdən soldakı qapı monitor olan otağa aparır. H.Z.A.Tağıyevin həyat və fəaliyyəti ilə maraqlananlar burada quraşdırılan panellər və monitordan ətraflı məlumatlar əldə edə bilərlər. Bu otaqdan sağ tərəfdə yerləşən kiçik qonaq otağı H.Z.A.Tağıyevin ikinci həyat yoldaşı Sona xanıma məxsus idi. Hacı iki dəfə ailə qurub. Zeynəb xanımla birinci nikahdan onun üç övladı dünyaya gəlmişdi. Sona xanım general Balakişi bəy Ərəblinskinin qızı idi. Onun Hacı ilə nikahı 1896-cı ildə bağlanıb. Aralarında 40-dan çox yaş fərqinin olmasına baxmayaraq bu, xoşbəxt izdivac idi. Həmin nikahdan onların beş övladı doğulmuşdur. Sona xanımın kiçik qonaq otağı öz gözəlliyi və orijinallığı ilə o birilərindən fərqlənir. Tavan fiqurlu güzgülü lövhəciklərdən quraşdırılmış, divarlar rəngarəng naxışlarla bəzədilmişdir. Otaq bəzən güzgülü zal da adlandırılır. Mərkəzdə orijinal dəyirmi divan yerləşir. Onun üstündə lampa üçün yer var. Burada həmçinin dördguşəli naxışlı stollar, yumşaq kreslolar və stullar qoyulub. Qonaq otağından yataq otağına aparan ensiz dəhliz var. Yataq otağı iki hissədən ibarətdir. Onları bir-birindən şəbəkəli taxta arakəsmə ayırır. Birinci hissədə yuxarısı hündür, naxışlı ikiyataqlı çarpayı və trümo yerləşir. İkinci hissədə isə kiçik və dəyirmi stol, divan, kreslolar, stullar qoyulmuşdur. Otaq boyu xalça və pərdələr otağın gözəlliyini daha da artırır. Yataq otağına bitişik balaca bir otaq var. Bu, təmizlik оtаğıdır. Burada güzgülü trümo, yumşaq kreslo, stol, paltar və rəfli şkaflar qoyulub. Trümonun üstündə bəzək əşyalarını görmək olar. 17.12.2012- AMEA Milli Azərbaycan Tarixi Muzeyində daimi ekspozisiyanın yeni-yeni materiallarla daha da zənginləşdirilməsi, qonaqlar üçün daha da baxımlı olması istiqamətində mütəmadi iş aparılır. Bu yaxınlarda Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına “H.Z.Tağıyevin təltif nişanları” adlı yeni vitrin əlavə olunmuşdur. Belə ki, vitrində H.Z. Tağıyevin müxtəlif illərdə təltif olunduğu İranın “Şir-i xurşid” ordeninin 1-ci dərəcəsinin ulduz və nişanı (lentlə), Buxara əmirliyinin “Şərəfli Buxara ulduzu” ordeni, həmçinin Rusiya imperatorluğunun “III Aleksandrın tacqoyma mərasiminə həsr olunmuş medal”, “İmperator III Aleksandrın dövründə xidmətlərə görə”, “Səylərə görə” medalları nümayiş etdirilir. Vitrində nümayiş etdirilən təltif nişanları Muzey əməkdaşlarının uzun müddət ərzində apardıqları araşdırmalar nəticəsində aşkarlanmışdır. H.Z.Tağıyevin təltif nişanlarının axtarılması istiqamətində 2008-2009-cu illərdə Muzeyin Heraldika Fond-şöbəsi tərəfindən başlanan tədqiqatlar 2012-ci ildə uğurla nəticələnmişdir. Belə ki, Muzeyin Faleristika və Bonistika Fondunun müdiri t.ü.f.d. Sənubər Qasımova tərəfindən aşkarlanmış H.Z.Tağıyevin təltif nişanları tədqiq olunmuşdur. Qeyd etmək lazımdır ki, S.Qasımova tərəfindən yazılmış müvafiq məqalələr 2009-2010-cu illərdə MATM-ın məqalələr toplusunda və Özbəkistan EA Tarix İnstitutunun “Ozbəkistan tarixi” jurnalında nəşr olunmuşdur.
Nobel Qardaşları Muzeyi
Yerləşir
8 Noyabr, Bakı, XətaiTikilmə tarixi
1884-cü ilƏn yaxın stansiya
"Xətai"Haqqında
Nobel Qardaşları Muzeyi Nobel qardaşları Muzeyi Bakıda 2008-ci ildə açılıb. Bu, İsveç sərhədlərindən kənarda yerləşən yeganə Nobel muzeyidir. Qardaşlar tərəfindən 1884-cü ildə tikilmiş “Villa Petrolea” adlı kompleksin bərpası azərbaycanlı xeyriyyəçi Toğrul Bağırovun bütün ailənin marağını rəsmən təmsil edən Nobel Ailəsi Cəmiyyəti ilə birgə 2003-cü ildə yaratdığı Bakı Nobel İrsi Fondunun mühüm addımlarından biri oldu. Robert, Lüdviq və Alfred Nobel qardaşları 1879-cu ildə “Nobel qardaşları neft istehsalı ortaqlığı” firmasının əsasını qoyublar. Firma əsas fəaliyyətini Bakıda və Abşeronda həyata keçirib. Qardaşların Bakı nefti əməliyyatlarından əldə etdikləri kapital dünyanın ən nüfuzlu mükafatlarından olan Nobel mükafatının material bazasının təxminən 20 faizini təşkil edib. Villa tanınmış isveçli memar Lindval tərəfindən yerli əhəngdaşı və oduncaqdan istifadə edilməklə Vizantiya üslubunda tikilib. Binada Bakıda və regionda ilk dəfə olaraq “Bells” telefonu və havalandırma sistemi quraşdırılıb. Evin interyeri dəyişdirilib, lakin bəzi elementlər (məsələn, buxarılar) əvvəllər olduğu kimi, dəqiqliklə yenidən qurulub. Ümumilikdə villanın interyeri sadə Avropa üslubunda formalaşdırılıb, lakin bir otaq Şərq üslubunda tərtib edilib. Binada Nobel qardaşları Muzeyi ilə yanaşı, Bakı Nobel Neft Klubu və Beynəlxalq Biznes Mərkəzi yerləşir. Yenilənmiş “Villa Petrolea”da və muzeydə çoxlu artefaktlar, ailəyə aid qiymətli əşyalar, məşhur sənətkarların əsərləri saxlanılır: Faberje, keçən əsrin əvvəllərinin portretçi rəssamı V.A.Serov və başqalarının əsərləri. Bir sıra eksponatlar Nobel qardaşlarının varislərindən (hazırda onların sayı 400-dən çoxdur), kolleksiyaçılardan və Avropa ölkələrinin əntiq mağazalarından əldə edilib. Nobel Biznes Mərkəzi və klubu görkəmli rəssamlar T.Nərimanbəyov, S.Məmmədov, G.D.Brijatyuk və başqalarının orijinal işləri ilə bəzədilib. Villanın həyətində heykəltəraş Zurab Seretelinin hazırladığı tunc atlar qoyulub. Qeyd edək ki, Nobel qardaşları Bakı ətrafındakı “Villa Petrolea” kompleksini şirkətin işçiləri üçün tikmişdilər. Onun ətrafında evlər, məktəblər, teatr, xəstəxana və Nobel qardaşlarının iqamətgahı yerləşirdi. Məlumdur ki, Nobel firmasının işçiləri daş bünövrəli bir və ikimərtəbəli taxta kotteclərdə yaşayıblar. Böyük binanın aşağı mərtəbələri idarə üçün ayrılmışdı, yuxarı mərtəbələrdə klub, istirahət otaqları və kitabxana yerləşirdi. Bütün interyer zəngin tərtibata malik idi. Peterburqdan rəssamlıq əsərləri, kitabxana üçün kitablar, bağ üçün heykəllər gətirilmişdi. Otaqlara azərbaycanlı və iranlı xalçaçıların toxuduqları bahalı xalçalar döşənmişdi. Park, klub, kitabxana və evlərə ümumilikdə 250 min rubldan çox xərc çəkilmişdi ki, bu, o dövr üçün böyük məbləğ sayılırdı. “Villa Petrolea” 1920-ci ilədək Nobel qardaşlarının mülkiyyəti olub. Kompleksin peşəkar bərpası nəticəsində onun təmtərağı və Skandinaviya üslubu özünə qayıdıb. Yeri gəlmişkən, Nobel Qardaşlarının Muzeyi’nə giriş pulsuzdur.
Azərbaycan Milli Xalça Muzeyi
Yerləşir
Mikayıl Useynov prospekti, 28. Dənizkənarı Milli ParkTikilmə tarixi
1967-ci ilƏn yaxın stansiya
"İçərişəhər" və "Sahil"Haqqında
Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey. Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci iltarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi Arxivləşdirilib 2019-07-17 at the Wayback Machine adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzey özündə 7 kolleksiyanı birləşdirir: "Xovlu xalçalar", "Xovsuz xalçalar", "Xalça məmulatları", "Bədii metal", "Keramika, şüşə, ağac, kağız", "Parça, geyim, tikmə" və "Zəngərlik məmulaları".Muzeyin yaranmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, "Azərbaycan xalçası" adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur. Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Heydər Əliyev iştirak etmişdir. 1970–1980-ci illərdə Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etdi. Həmin illərdə muzey üçün Azərbaycan xalça sənətinin inciləri alındı. 1992-ci ildə Azərbaycan Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürüldü. 1991-ci ildə SSRİ-nin süqutundan sonra prezident sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verildi və Muzey Mərkəzi adını aldı. Azərbaycanın müxtəlif regionlarından olan xalça və tətbiqi sənət nümunələrini sərgiləyən muzeyin ekspozisiyası binanın ikinci mərtəbəsində yerləşən 13 geniş zalda yerləşirdi. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və YUNESKO-nun birgə layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi. Muzeyin 50 illik fəaliyyəti dövründə bir neçə rəhbəri olmuşdur. 1967–1982-ci illərdə əməkdar incəsənət xadimi Əziz Əliyev, 1982–2016-cı ilin 5 yanvar tarixinə kimi əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva muzeyin direktoru vəzifəsində çalışmışlar. 2 mart 2016-cı il tarixindən muzeyə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova rəhbərlik edir. Muzey sərgilər, beynəlxalq simpoziumlar və konfranslar keçirməklə elmi-tədqiqat, mədəniyyət və təhsil mərkəzinə çevrilmişdir. 50 illik fəaliyyəti ərzində muzey dünyanın bir çox ölkələrində 30-dan çox sərgi təşkil etmişdir. 1983-cü ildə Heydər Əliyevin təşəbbüsü və YUNESKO-nun təşkilati dəstəyi ilə Azərbaycan Xalça Muzeyində "Şərq xalça sənəti" mövzusunda birinci beynalxalq simpozium keçirildi. Azərbaycan Xalça Muzeyinin bilavasitə iştirakı ilə 1988-ci ildə "Azərbaycan xalça sənəti", 2003-cü ildə "Azərbaycan xalçası və xalq tətbiqi sənəti", 2007-ci ildə Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan xalça sənəti" (Paris, UNESCO-nun Baş qərargahı) adlı beynalxalq simpoziumlar keçirilmişdir. Muzey əlaqədar beynəlxalq şəbəkələrin fəal iştirakçısıdır. O, Avropa Tekstil Şəbəkəsi (ETN), Avropa Muzey Forumu (EMF), Beynəlxalq Muzeylər Şurası (İCOM), YUNESKO və Təhsil, Elm və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Fond (IFESCCO) ilə sıx əməkdaşlıq edir. 2004-cü ildə muzeyin iştirakı ilə "Azərbaycan xalçasının qorunması və inkişafı" üzrə milli qanun hazırlanıb qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan xalçasının reyestrinin tərtib edilməsi, qorunması və inkişafı istiqamətində dövlət dəstəyinin təminatı, elmi və metodiki kadrların hazırlanması nəzərdə tutulmuşdur. 2010-cu ildə Azərbaycan xalça sənəti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı"na daxil edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Xalça Muzeyinə "Milli" statusu verilmişdir. Hazırda, ölkənin müasir tikililərindən birində yerləşən Azərbaycan Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir.
Azərbaycan Dövlət Mahnı Teatrı
Yerləşir
Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi 12Tikilmə tarixi
1968-ci ilƏn yaxın stansiya
"Sahil"Haqqında
Azərbaycan Dövlət Mahnı Teatrı Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı - Azərbaycan teatr tarixində ilk mahnı teatrı. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Rəşid Behbudov tərəfindən yaradılmış və hal-hazırda öz yaradıcısının adını daşıyır. Teatrın repertuarı bu gün Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyev, Polad Bülbüloğlu, Ramiz Mirişli, Faiq Sücəddinov, Azər Dadaşov və başqaları kimi milli bəstəkarların əsərlərindən ibarətdir. Repertuarın əsasını təşkil edən xalq mahnılarının, muğam və təsniflərin ifası bu günə kimi böyük müğənnimiz Rəşid Behbudovun özünəməxsus ənənəvi ifa tərzini qoruyub saxlamışdır. Teatr fəaliyyət göstərdiyi vaxtdan burada Zaur Rzayev, Natavan Şeyxova, Mübariz Tağıyev, Elxan Əhədzadə, Xədicə Abbasova, Azər Zeynalov, Zöhrə Abdullayeva, Aybəniz Haşımova, Gülyaz və Gülyanaq Məmmədovalar, Bilal Əliyev, Vaqif Şıxəliyev və s. kimi populyar sənət ustaları çalışmışdır. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı bir çox xarici ölkələrdə, o cümlədən ABŞ, Fransa, İsveç, İsveçrə, Hindistan, Pakistan, Almaniya, Türkiyə, Rusiya Federasiyasında və s. tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Son illərdə yaradıcı kollektiv: 2000-ci ildə Hanoverdə EKSPO-2000 sərgisinin açılışında konsert proqramında iştirak etmiş, 2001-2002-ci illərdə Türkiyə, Moskva, Strazburq, Avstriya, 2003-cü ildə Almaniyada “Azərbaycan Mədəniyyət Günləri”ndə, 2004-cü ildə Yekaterinburqda “Novruz şənlikləri”ndə, 2005-ci ildə yenə də Avstriyanın Vyana şəhərində “Azərbaycan Mədəniyyəti Günləri”ndə, Moldovanın Kişinyov şəhərində “Mersi-Şor” adlı Beynəlxalq Musiqi Festivalında Azərbaycan mədəniyyətini təmsil etmişdir.
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi
Yerləşir:
Qala kəndiTikilmə tarixi
2008-ci ilƏn yaxın stansiya:
"Koroğlu"Haqqında
2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılmış muzey kompleksi. İnteraktivə 3 muzey daxildir: Arxeoloji-Etnoqrafik muzey kompleksi Qala Qəsri Əntiq Əşyalar muzeyi Arxeoloji etnoqrafik muzey kompleksi — Abşeron yarımadasının abidələri, tarixi yerləri qeyd olunmuş xəritə, plan, sxem və Abşerona məxsus abidələr təsvir olunmuş stendləri; Abşeronun şərqindən aşkarlanmış ov səhnəsi, insanı qurban vermək, müqəddəs nigah və s. təsvirlər həkk edilmiş, ümumi ideoloji dünyagörüşü sistemi təqdim olunmuş, e.ə 3-2-ci minilliyə aid qayaüstü rəsmləri; bütlər; meqalitik abidələr; arxeoloji tapıntılarla zəngin arxeoloji qalereya; orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqları; qədim dulusçuluq, xalçaçılıq, dəmirçilik sənətinin nümünələrini; interyeri və eksteryeri ilə öz dövrünü əks etdirən 19-cu əsrə aid ikimərtəbəli yaşayış evi; təsərrüfatın canlı nümunələri- qoyunçuluq, dəvəçilik, atçılıq və s. özündə birləşdirir. Qala qəsri — kəndin ən qədim yaşayış ərazisində tikilmişdir. 2009-cu ildə aparılan arxeoloji qazıntılar zamanı 10-12-ci əsrlərə aid olması aşkar edilmişdir. Hazırki dövrə divar qalıqları və qalanın bir hissəsi gəlib çatmışdır. 2011 -ci ildə qala Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa olunmuşdur. Arxeoloji qazıntılar zamanı üst təbəqədən orta əsrlərə aid bir neçə material aşkarlandı ki, bu da ərazinin orta əsrlərdə daimi yaşayış məskəni olmasını subut etdi. Aşkarlanan təndir qalıqları, keramika qalıqları (boyalı və boyasız), dəmir alətlər, heyvan bağlamaq ücün dəliklər, aşkarlanan yaşayış məkanları insanların qala ətrafında kompleks şəkildə yaşamasından xəbər verir. Həmin təndirlər çox guman ki, XVIII əsrdə Nadir şahın bura öz qarnizonunu yerləşdirdiyi vaxtlarda, qarnizonun tələblərini yerinə yetirmək məqsədi ilə inşa edilmişdir. Qəsrdə aşkarlanan yeraltı yollar X-XIV əsrlərə aid edilir. Kənd ağsaqqallarının dediklərinə görə yollardan biri dəniz qırağına, digəri isə şəhərə gedib çıxır. Arxeoloji tədqiqat zamanı maraqlı tapıntılardan biri də, Tunc dövrünə aid edilən qayaaltı yaşayış yeridir. Qəsrin bir divarına bitişik məscid inşa edilmişdir. Daxilində ekspozisya qurulmuş, arxeolojı qazıntılar zamanı aşkarlanan XIII- XIV əsrdən, Azərbaycanda çarizm dövrünə qədər yəni XIX əsrə qədər olan numizmatik materiallar və orta əsrlərə aid keramika qalıqları nümayiş olunur. Əntiq Əşyalar muzeyi — 2011-ci ildə mühəndis, bərpaçı, xeyriyyəçi, Qarabağ müharibəsi əlili, “Azərbaycan bayrağı” ordenli Şahid Həbibullayevin topladığı şəxsi kolleksiya əsasında yaradılmışdır. Kolleksiya hazırda 3000-ə yaxın maddi-mədəniyyət nümunələrini əhatə edir. Əntiq Əşyalar Muzeyində bu toplunun yalnız 800 eksponatı nümayiş etdirilir. Muzeyin 2-ci mərtəbəsində müxtəlif dekorativ-tətbiqi sənət inciləri, 3-cü mərtəbədə respublikanın ayrı-ayrı bölgələrindən toplanmış, ABŞ, Almaniya, Avstriya, Belçika, Rusiya, Fransa, İngiltərə, İran, Özbəkistan, Polşa, Türkiyə və digər ölkələrdə istehsal edilmiş və qədim zamanlardan xalqın məişətinə daxil olmuş nümunələr sərgilənir. Muzeydə İnformasiya Mərkəzi yaradılmış, karvansara-restoran fəaliyyətə başlamışdır. Turistlər və qonaqlar İnformasiya Mərkəzindən qoruqdakı muzeylər barədə ətraflı məlumat ala, elektrik avtobusları və velosipedləri icarəyə götürə bilər. Muzey daxilinə müxtəlif dillərdə ekskursiyalar təşkil olunur: Azərbaycan, Rus, İngilis, Alman və Fransız. Muzey-kompleksində fiziki qüsurlu insanların hərəkəti üçün şərait yaradılmış, 35000 kvadratmetrlik parkinq sahəsi, elektrikli nəqliyyat vasitələri üçün qaraj quraşdırılıb. Muzeyin ərazisi 1.5 ha-dır. 2010-cu ildə keçirilən Qala festivalında toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini yaşadan sənətkarların əl işləri nümayiş etdirilmiş, uşaqlar üçün ustad dərsləri təşkil olunmuş, qonaqlara qədim məişət və etnoqrafik ənənələrlə yaxından tanış olmaq imkanı yaradılmışdı.