z

Əlçatan metro

Fiziki imkanları məhdud sərnişinlərin metrodan istifadəsini asanlaşdırmaq məqsədilə “Bakı Metropoliteni” QSC liftlərin
quraşdırılması mümkün olmayan stansiyaları müxtəlif avadanlıqlar, işarələr və işçi heyəti ilə təmin edib, həmçinin bütün
81/717-714 tipli vaqonlardan ibarət qatar tərkiblərində əlil arabaları üçün yerlər hazırlanıb. Əlil arabası ilə Bakı metropolitenindən istifadə etmək istəyən şəxslər əvvəlcədən sifariş etməklə metropoliten əməkdaşlarının köməyindən yararlana bilərlər.

Ümumi məlumat

Bakı şəhərinin sərnişindaşıma xidmətlərindən biri olan metropolitenin hər kəs üçün əlçatımlı olması məqsədilə işlərə start verilmişdir. Bununla əlaqədar olaraq liftlərin quraşdırılması mümkün olmayan stansiyalar müxtəlif avadanlıqlar, işarələr və işçi heyəti ilə təmin edilməkdədir. Yeni nəsil qatarlar istisna olmaqla digər qatarlarda əlil arabaları üçün yerlər hazırlanır. Bakı metropolitenindən istifadə etmək istəyən məhdud hərəkət imkanlı şəxslər metropoliten əməkdaşlarının onlara köməklik göstərilərək müşayiət etməsini əvvəlcədən sifariş edə bilərlər.

İstifadəçilər

Aşağıdakı şəxslər metropoliten işçilərinin onları müşayiət etmələri üçün sifariş verə bilərlər:
• əlil arabası ilə hərəkət edənlər;
• əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər;
• görmə qabiliyyəti məhdud olanlar;
• eşitmə qabiliyyəti məhdud olanlar;
• uşaq arabacıqları ilə hərəkət edənlər;
• ahıllar;
• əl yükü olan hamilə qadınlar.

İstifadə qaydaları

• Əlil arabasından istifadə edən sərnişin qatarın birinci vaqonuna mindirilir;
• Əlil arabasından istifadə edən sərnişin pilləkənləri və eskalatorları düşərkən, ən azı iki nəfər xüsusi qurğu ilə təchiz edilmiş metro işçisi onu müşayiət edir. Bu müddət ərzində sərnişinin təhlükəsizliyini təmin etmək üçün onlardan biri arabanın arxasında, digəri isə sürahinin əks tərəfində (əlil arabasının qarşısında) dayanır.
• Əlil arabası öncə böyük təkərləri olan tərəfdən vaqona mindirilir.

Liftdən istifadə

Fiziki imkanları məhdud, xüsusilə əlil arabasından istifadə edən şəxslər metropoliten işçilərinin köməyi və müşayiəti olmadan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarına daxil olub oranı tərk edə bilərlər. Digər stansiyalarda lift olmadığı üçün xüsusilə əlil arabasından istifadə edən şəxslər metropoliten işçilərinin müşayiəti və köməyi ilə stansiyalara daxil olub, oranı tərk etməlidirlər.

Əlaqə və sifariş qaydası

Metropoliten işçilərinin köməyindən yararlanmaq istəyən yuxarıda qeyd edilən şəxslər ən azı 1 (bir) saat, ən çoxu 24 (iyirmi dörd) saat əvvəlcədən metropoliten üzrə növbətçiyə
+994 50 268 00 65
nömrəli telefona zəng etməklə, mesaj göndərməklə və ya
https://play.google.com/store/apps/details?id=az.besmobile.metro
linkdə qeyd edilən mobil əlavə vasitəsilə xidməti sifariş edə bilərlər. Sifarişdə hər hansı dəyişiklik və ya ondan imtina barədə məlumat ən azı 20 dəqiqə əvvəl verilməlidir.
Bu xidmət sərnişin axınının gur vaxtı səhər saat 07:00-dan 09:30-dək və axşam saat 17:30–dan 19:30–dək olan müddət ərzində həyata keçirilmir.
Sifariş 09:00-dan 21:00-dək icra olunur.

Elektron tətbiq

Metropoliten işçilərinin köməyindən yararlanmaq istəyən yuxarıda qeyd edilən şəxslər ən azı 1 (bir) saat, ən çoxu 24 (iyirmi dörd) saat əvvəlcədən https://play.google.com/store/apps/details?id=az.besmobile.metro
linkdə qeyd edilən mobil əlavə vasitəsilə xidməti sifariş edə bilərlər. Sifarişdə hər hansı dəyişiklik və ya ondan imtina barədə məlumat ən azı 20 dəqiqə əvvəl verilməlidir.

İş vaxtı

Bu xidmət sərnişin axınının gur vaxtı səhər saat 07:00-dan 09:30-dək və axşam saat 17:30–dan 19:30–dək olan müddət ərzində həyata keçirilmir.
Sifariş 09:00-dan 21:00-dək icra olunur.

Texniki vasitələr

Fiziki imkanları məhdud, xüsusilə əlil arabasından istifadə edən şəxslər metropoliten işçilərinin köməyi və müşayiəti olmadan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarına daxil olub oranı tərk edə bilərlər. Digər stansiyalarda lift olmadığı üçün xüsusilə əlil arabasından istifadə edən şəxslər metropoliten işçilərinin müşayiəti və köməyi ilə stansiyalara daxil olub, oranı tərk etməlidirlər.
Sifariş icra edilərkən nəzərə alınmalıdır.

Sorğu

SORĞUDA İŞTİRAK ÜÇÜN KEÇİD : LINK

Əlçatan metro pdf faylları