z

Sərnişinlərin hüquqları

Sərnişinlərin hüquqları

  • 4. Sərnişinlərin hüquqları aşağıdakılardır:
  • 4.1. Yeddi yaşınadək uşaqlara görə gediş haqqı ödəməmək;
  • 4.2. Uşaq arabacıqlarına, aparılmasına icazə verilən ölçülərdə və çexolda olmaq şərti ilə xizəklərə, kirşələrə, uşaq velosipedlərinə, balıqçı tilovlarına, musiqi alətlərinə, kiçik bağ avadanlıqlarına görə gediş haqqı ödəmədən aparmaq;
  • 4.3. Aparılmasına icazə verilən ölçülərdə və çıxmaları istisna olunan xüsusi konteynerdə və qəfəsdə olmaq şərti ilə kiçik ev heyvanlarını və quşlarını gediş haqqı ödəmədən aparmaq;
  • 4.4. Vaqonlardan məktəbəqədər yaşlı uşaqla olan sərnişinlər, hamilə qadınlar, əlillər və ahıllar üçün nəzərdə tutulmuş xüsusi yerləri digər sərnişinlərdən boşaltmağı tətləb etmək.