z
“Bakı Metropoliteni” QSC başlıca funksional vəzifəsinin yerinə yetirilməsi üçün sahə mütəxəssisləri ilə əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə nail olub. Əvvəllər Bakı metrpolitençilərinin moskvalı, sankt-peterburqlu, kiyevli, xarkovlu, tbilisili həmkarları, vaqonqayırma və vaqon təmiri müəssisələri ilə qarşılıqlı əməkdaşlıq bağları var idisə, hazırda bu dairəyə dünyanın bir çox metropolitenləri, Almaniya, İtaliya, İspaniya, İsveçrə və digər qabaqcıl ölkələrin dəmir yolu infrastrukturuna daxil olan avadanlıq istehsalçıları daxildir.
Azərbaycanda da son illərdə sənayenin müxtəlif sahələrinin inkişafı “Bakı Metropoliteni” QSC-nin spesifik istehsal sahələrində qarşılıqlı əməkdaşlıq imkanlarını xeyli genişləndirib. Metropoliten özü də bu gün ölkədə ilk dəfə dəmir-beton blokların istehsalı, sərnişin vaqonlarının orta və əsaslı təmiri, dartı mühərriklərinin əsaslı təmiri kimi sahələrin qurulmasına nail olub.
Bakı Metropoliteni” QSC əməkdaşlıq təkliflərinə daim açıq olaraq, Bakı metropoliteninin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla, bu metronun müasir dünya standartları səviyyəsində inkişaf etdirilməsinə nail olmağı qarşısına başlıca vəzifələrdən biri kimi müəyyən edib.
“Bakı Metropoliteni” QSC ilə əməkdaşlıq etmək üçün təklifinizi göndərin: elektron müraciət