z

Bənövşəyi xətt

  • Ümumi uzunluğu

    6.01 km
  • Stansiya sayı

    4 stansiya

Haqqında

19 aprel 2016-cı ildə müstəqillik tarixində ilk, ümumənsə, 3-cü xəttin açılışı olub. Həmin gün xəttin 2 stansiyası ("Avtovağzal" və "Memar Əcəmi"), 2021-ci il may ayının 29-da "8 Noyabr", 2022-ci il dekabrın 23-də "Xocəsən"elektrik deposu və yerüstü stansiyası istismara verilib. Cəlil Məmmədquluzadə küçəsində şərti adı "B-4" olan stansiyanın inşası davam edir.

Perspektiv inkişaf planına uyğun olaraq bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır. Xəttin uzunluğu 18,5 km olacaq.

Hazırda 4 stansiyası var.

Xətt üzrə hərəkət belə təşkil edilir:

"Avtovağzal-8 Noyabr"
“Xocəsən-8 Noyabr”
 

Keçidlər:

Yaşıl xəttə: "Memar Əcəmi" stansiyası