“Bakı Metropoliteni” QSC-də müəyyən olunmuş işə qəbul prosesi subyektiv faktorların aradan qaldırılmasının təmin olunmasına xidmət edir. Qəbul elan olunmuş vakant yerlər üzrə vətəndaşların müraciətinə “Bakı Metropoliteni” QSC-nin Kadr komissiyasında baxılır. İşə qəbul iddiaçıların peşə keyfiyyətinin, bilik və bacarığının yoxlanılması yolu ilə həyata keçirilir.
Vakant yerlər və yeni yaranan vakansiyalar haqqında məlumat müəssisənin www.metro.gov.az veb-səhifəsində yerləşdirilir.
1. Namizədlər “Bizdə iş” bölməsinə keçməli, müvafiq anketi doldurub göndərməlidirlər.
2. Namizədlər “Bizdə iş” bölməsinə keçməli, müvafiq anketi doldurub göndərməlidirlər.
3. İlkin seçimi müvəffəqiyyətlə keçən namizədlər test imtahanına dəvət olunurlar. Test imtahanı Cəmiyyətin Kadr komissiyası tərəfindən aparılır və sənədləşdirilir.
4. Test mərhələsindən uğurla keçən namizədlər növbəti mərhələdə peşə sınaq imtahanı və fərdi müsahibəyə dəvət olunurlar. Peşə sınaq imtahanı və fərdi müsahibələr Cəmiyyətin Kadr komissiyası tərəfindən aparılır və sənədləşdirilir.
5. Vakansiyanın tələblərinə cavab verən və müsabiqədə yüksək nəticələr əldə edən iddiaçılar rəsmi iş təklifi alır. İş yeri ilə tanış olaraq, tibbi müayinədən keçdikdən sonra “Bakı Metropoliteni” QSC-də işlə təmin olunur.