z
26 APREL / 2024 / 11:26
“Bakı Metropoliteni” QSC mühasib vəzifəsinə vakansiya elan edir
Tələblər aşağıdakı kimidir:
Tələblər:
- Bank əməliyyatları üzrə ən azı 3 il təcrübənin olması (müvafiq əməliyyatlar üzrə ikili yazılışları sərbəst bilməli)
- Pul vəsaitləri haqqında hesabat hazırlamaq bacarığı (MHBS üzrə, eyni zamanda internal məqsədlər üçün)
- Dövlət portallarında (xəzinədarlıq, gömrük, vergilər və s.) və internet bankçıllq üzrə sərbəst işləmə bacarığı
- PMS və ya ACCA (F3 və ya F7) sertifikatlardan birinə malik olan namizədə üstünlük veriləcək
Elektron ərizələri “metro.gov.az” saytının “Karyera” bölməsi vasitəsilə (https://metro.gov.az/az/page/karyera/elektron-erize) doldurulmalıdır.
Ərizələr yalnız 2024-cü il aprel ayının 26-dan qəbul edilir.
Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına “Mühasib” mütləq qaydada qeyd olunmalıdır.
Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl göndərilən, eləcə də sadalanan peşə və ya vəzifənin adı ilə bağlı qeyd olmayan ərizələr CV bankına daxil olmur.