z

Növbəti mülki müdafiə məşqi

Növbəti mülki müdafiə məşqi

18 APREL / 2024 / 10:38

“Bakı Metropoliteni” QSC-nin Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiənin Təşkili Baş İdarəsi ilə qarşılıqlı əməkdaşlığı nəticəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq, hər il idarənin texnoloji korpusunda hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə mülki müdafiə məşqi keçirilir.
Son təlimlərdə işarəvermə və rabitə, mühafizə və yanğın təhlükəsizliyi xidməti, elektrik təchizatı, eskalator xidməti, sağlamlıq əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsi, elektromexanika xidməti eləcə də tibb işçilərindən ibarət qruplar və QSC-nin rəhbər heyəti iştirak edib.
Təlimlərin əsas məqsədi fövqəladə hadisələrin baş vermə səbəbləri, belə halların qarşısının alınması, görülməli tədbirlər, hadisə zamanı xilasetmə işlərinin təşkili, nəticələrin aradan qaldırılması ilə bağlı işçi heyətin hazırlığını, praktiki vərdişləri və biliklərini yoxlamaq, müvafiq tövsiyələr verməkdir.
Məşğələlərdə fövqəladə hadisələr zamanı verilən məlumatlar əsasında işçilərin təhlükəli ərazidən təxliyə edilməsi, qəza yerində kəşfiyyatın təşkili, xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi tədbirləri şərti olaraq nümayiş etdirilib. Sonra isə iştirakçılar ekstremal hallar zamanı istifadə olunan avadanlıqlar və geyim əşyaları ilə tanışlıq olublar. Təlimin yekununda qaydalar, təxliyə planına ardıcıllıqla əməl edilməsi ilə bağlı müzakirələr aparılır. "Bakı Metropoliteni" QSC-nin mülki-müdafiə qərargahının rəhbərliyi taktiki təlim zamanı bütün birləşmiş dəstə və manqaların fəaliyyətini yüksək qiymətləndirilib.