z
Balans artır
Gediş haqqı tarixindən
1967-ci il noyabrın 6-dan istismarı başlanmış Bakı metropolitenində 1992-ci il yanvarın 4-ə qədər gediş haqqı 5 qəpik (Sovet pulu ilə 5 kopeek) olub.
1992-ci ildə martın 1-nə qədər bir gediş üçün 15 qəpik (kopeek), iyun ayınadək 30 qəpik (kopeek), dekabrın 17-dək 1 manat (рубль) ödənilib.
1992-ci ilin iyun ayında ilk dəfə jeton sistemi tətbiq edilib. 1993-cü il dekabrın 1-də ödəmə vasitəsi kimi talon, 1994-cü il yanvarın 1-dən yenidən jeton sistemi tətbiq edilib. Həmin gündən metroda ilk dəfə gediş haqqının milli pul vahidi – Azərbaycan manatı ilə (3 manat) ödənməsinə başlanılıb.
1994-cü ildə də talon və jeton sistemlərinin tətbiqi bir-birini əvəz edib.
2006-cı il martın 1-dən gediş haqqının yeganə ödəmə vasitəsi 2 manat dəyərində girov haqqı ödənişi olan RFİD (plastik) kartların tətbiqinə başlanıldı.
2015-ci il avqust ayının 8-də ictimai nəqliyyatda inteqrasiya olunmuş ödəniş sisteminin tərkib hissəsi kimi Bakı metropolitenində də “BakıKart”ın tətbiqinə başlanılıb.