z
24 OKTYABR / 2024 / 16:16
Ümumi məlumat:
Braziliyanın Portu-Aleqri şəhərində güclü daşqınlar baş verib, Quayba gölünün səviyyəsi misli
görünməmiş yağışlardan sonra 5,35 metrə qədər yüksəlib. Daşqından zərər çəkmiş ərazilərdə
daşqının təsirinə 1 milyondan çox insan, o cümlədən 35 min qaçqın məruz qalıb. BMT QAK
didərgin düşmüş icmalara təcili yardım göstərərək onların təxirəsalınmaz ehtiyaclarını qarşılayır
və həyatlarını bərpa etmələri üçün dəstək olur.
Təsvir:
Portu-Aleqrinin su basmış küçələrində həm qaçqınlar, həm də yerli sakinlər səviyyəsi qalxan
sularla hərəkət edib dağıntıların arasından keçərək sağ qalmaq üçün mübarizə aparırlar.
Braziliya, 5 may 2024
© BMT QAK/Eduardo Aigner