z

Metro tarixinin 28 oktyabr hadisəsi

Metro tarixinin 28 oktyabr hadisəsi

28 OKTYABR / 2025 / 09:49

1995-ci il oktyabrın 28-də "Ulduz" və "Nərimanov" stansiyaları arasında miqyasına görə Bakı metropoliteninin tarixində ən ağır hadisə baş verib. Həmin gün axşam saat 18:00 radələrində “Ulduz” stansiyasından “Nərimanov” istiqamətində hərəkət edən qatarda qəfil yanğın hadisəsi olub.

Yanğının baş verdiyi ilk anlarda çətin vəziyyətdə qalan şəxslərə metropoliten əməkdaşları ilə birgə həmin qatarın sərnişinləri kömək göstəriblər. Yüzlərlə sərnişin operativ xilasetmə tədbirləri nəticəsində tüstü ilə dolu tuneldən çıxarılıb. Qəza nəticəsində 270 nəfəri xilas etmək mümkün olsa da, 312 sərnişin həyatını itirib. 

Hadisə zamanı qatarın sərnişinləri olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bölük komandirinin siyasi-hərbi işlər üzrə müavini, baş leytenant Çingiz Babayev, liseyin kursantları Nicat Səfərov, Ruslan İsayev və Samir Məmmədov birlikdə neçə-neçə insanın həyatının xilas edilməsində böyük fədakarlıq göstəriblər.

Ümummilli Lider Heydər Əliyevin 3 noyabr, 1995-ci il tarixli Fərmanı ilə ölümlərindən sonra Çingiz Adil oğlu Babayev Azərbaycanın Milli Qəhrəmanı adı, kursantlar “İgidliyə görə” medalı ilə təltif olunublar.

Bakı Metropoliteni baş verən bu dəhşətli hadisənin qurbanlarını və həyatını başqalarının xilası yolunda fəda edən qəhrəmanları heç vaxt unutmur və onların əziz xatirəsini hər il dərin hörmət və ehtiramla yad edir.  

                                                                                    28 oktyabr hadisəsinin qəhrəmanları                                                                                                                                                                                          

 

 

 

 

Çingiz Adil oğlu Babayev
(02.10.1964 - 28.10.1995) 


Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra)
Cəmşid Naxçıvanski adına hərbi məktəbin zabiti, baş leytenant

 

 

 

 

 

Ruslan Məhəmməd oğlu İsayev
(04.12.1978 - 28.10.1995)


“İgidliyə görə” medalı (ölümündən sonra)
Cəmşid Naxçıvanski adına hərbi məktəbin tələbəsi, kursant

 

 

 

 

 

Samir Nadir oğlu Məmmədov
(27.05.1978 - 28.10.1995)


“İgidliyə görə” medalı (ölümündən sonra)
Cəmşid Naxçıvanski adına hərbi məktəbin tələbəsi, kursant

 

 

 

 

 

Nicat Mürvət oğlu Səfərov
(28.05.1980 - 28.10.1995)


“İgidliyə görə” medalı (ölümündən sonra)
Cəmşid Naxçıvanski adına hərbi məktəbin tələbəsi, kursant

 

 

 

 

 

Digər