z

Fərman və Sərəncamlar

08 DEKABR / 2020

Bakı Metropoliteninin yeni stansiyasının “8 Noyabr” adlandırılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 
1. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 8 dekabr 2020-ci il
№ 487

Qərarın tam mətninə istinad: Bakı Metropoliteninin yeni stansiyasının “8 Noyabr” adlandırılması haqqında