z

Fərman və Sərəncamlar

05 OKTYABR / 2005

YANĞINSÖNDÜRƏNLƏRİN PEŞƏ BAYRAMI GÜNÜNÜN TƏSİS EDİLMƏSİ HAQQINDA
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 


Azərbaycan Demokratik Respublikasında 1918-ci il oktyabrın 10-da Bakı şəhər İdarəsinin tərkibində Bakı Yanğın Komandasının təsis edilməsini əsas tutaraq qərara alıram:
1. Hər il oktyabrın 10-u Azərbaycan Respublikası yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd edilsin.
2. Bu Sərəncam imzalandığı gündәn qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr 2002-ci il