z

Fərman və Sərəncamlar

13 OKTYABR / 2004

"ENERGETİKLƏR GÜNÜ" PEŞƏ BAYRAMININ TƏSİS EDİLMƏSİ HAQQINDA
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
13 Oktyabr 2004 0:00

"Energetiklər Günü" peşə bayramının təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq qərara alıram:
Hər il oktyabrın 20-si Azərbaycan Respublikasında "Energetiklər Günü" peşə bayramı kimi qeyd olunsun.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 oktyabr 2004-cü il