z

Fərman və Sərəncamlar

03 IYUN / 2005

“DÖVLƏT SİRRİNƏ AİD EDİLƏN MƏLUMATLARIN SİYAHISI”NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
03 İyun 2005 0:00

“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 11, maddə 665; 1999-cu il, № 2, maddə 66, № 8, maddə 182; 2001-ci il, № 12, maddə 755; 2003-cü il, № 10, maddələr 546, 571, 585; 2004-cü il, № 1, maddə 19; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 193 nömrəli və 19 aprel tarixli 224 nömrəli Fərmanları) 1-ci bəndinin üçüncü abzası və həmin Fərmanla təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı” qüvvədən düşmüş hesab edilsin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2005-ci il
№ 248

Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Dövlət sirrinə aid edilən məlumatların

SİYAHISI [1]

I. ÜMUMİ MÜDDƏALAR

1. Dövlət sirrinə aid edilən məlumatların Siyahısı (bundan sonra - Siyahı) “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilmişdir. Siyahı ilə dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə olunan və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar, habelə həmin məlumatlar barədə sərəncam vermək səlahiyyətlərinə malik olan dövlət hakimiyyəti orqanları müəyyən edilir.
Siyahıda göstərilən dövlət hakimiyyəti orqanlarından hər biri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində sahə, idarə və ya proqram mənsubiyyətli məlumatlar barədə, habelə digər məlumat mülkiyyətçilərinin təqdim etdikləri uyğun məlumatlar barədə sərəncam vermək səlahiyyətlərinə malikdirlər.
2. Siyahıda aşağıdakı anlayışlardan və akronimlərdən istifadə edilir:
“rejimli obyektlər” - fəaliyyətləri üçün əlavə təhlükəsizlik tədbirləri müəyyən edilmiş hərbi və xüsusi obyektlər, hərbi hissələr, müəssisə, idarə və təşkilatlar;
“hərbi obyektlər” - qoşunların döyüş mövqeləri, idarəetmə məntəqələri, poliqonları, rabitə qovşaqları, radiotexniki sistemləri, bazaları, anbarları və hərbi təyinatlı digər qurğuları;
“xüsusi obyektlər” - müharibə dövründə dövləti və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini idarəetmə məntəqələri, habelə Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının fəaliyyətini təmin edən digər obyektlər;
“müəssisə və təşkilatlar” - mülkiyyət növündən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılan hüquqi şəxslər, habelə onların filial və nümayəndəlikləri;
“qoşunlar” - Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr;
“silah” - düşmən canlı qüvvəsini, texnikasını, qurğularım və digər obyektlərini məhv etmək üçün nəzərdə tutulmuş vasitələr, onların tərkib hissələri və dəstləşdirici məmulatları;
“hərbi texnika” - qoşunların fəaliyyətinin döyüş, texniki və arxa təminatı üçün nəzərdə tutulmuş texniki vasitələr, habelə bu vasitələrə nəzarət etmək və onların sınağı üçün nəzərdə tutulan avadanlıqlar və cihazlar, onların tərkib hissələri və dəstləşdirici məmulatları;
“dövlət mühafizəsi obyektləri” - dövlət tərəfindən mühafizə edilməli şəxslər;
“mühafizə olunan obyektlər” - dövlət hakimiyyəti orqanlarının yerləşdiyi binalar, tikililər və qurğular, həmin binalara, tikililərə və qurğulara bitişik olan, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qorunmalı olan ərazilər və akvatoriyalar, habelə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan binalar, tikililər, qurğular, onlara bitişik olan ərazilər və akvatoriyalar;
DTX - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;[2]
MN - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;
DİN - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
XDMX - Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti;
DSX - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;
SHXÇDX - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;[3]
XKX - Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti. [4]

II. HƏRBİ SAHƏDƏ MƏLUMATLAR[5]

Dövlət sirrinə aid edilən məlumatlar Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları
1 2
1. Qoşunlardan istifadənin strateji planlanın, əməliyyat planlarını, döyüşü idarəetməyə dair sənədləri, qoşunların müxtəlif dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi üzrə sənədləri, onların strateji və əməliyyat planlan üzrə düzülməsini, quruculuq planlarını, döyüş hazırlığını, hərbi-siyasi və (və ya) əməliyyat şəraitini, əməliyyat (döyüş) hazırlığı vəziyyətini, fəaliyyətinin təminatlığını, səfərbərlik hazırlığını, səfərbərlik ehtiyatlarının yaradılmasını və istifadəsini, qoşunları idarəetmə sistemlərinin tərkibini və (və ya) vəziyyətini, qoşunların səfərbərlik üzrə düzülməsini, səfərbərlik üzrə düzülməsini idarəetmə sistemini (və ya) onların şəxsi heyətlə, silah, hərbi texnika və başqa maddi vasitələrlə, maliyyə vəsaiti ilə, habelə hərbi daştmalarla təmin olunma imkanlarını, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olaraq açıq bildirilməli olmayan qoşunların dislokasiyasını, həqiqi adını, təşkilati strukturunu, şəxsi heyətinin sayını, döyüş tərkibini və ya miqdarını açıqlayan məlumatlar MN, DTX, XKX, DİN, DSX, SHXÇDX, XDMX, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra - İqtisadiyyat Nazirliyi), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - Fövqəladə Hallar Nazirliyi) [6]
2. Silah və hərbi texnikanın inkişafının istiqamətlərini, uzunmüddətli proqnozlarını və ya planlarını, silah və hərbi texnika nümunələrinin yaradılması və ya modernləşdirilməsi üzrə aparılan məqsədli proqramların, elmi tədqiqat, təcrübi-konstruktor işlərinin məzmununu və ya yerinə yetirilməsinin nəticələrini, onların taktiki-texniki xarakteristikalarmı, silah və hərbi texnikanın konstruksiyasını, istehsal texnologiyasını, döyüş, fiziki və kimyəvi xüsusiyyətlərini, tətbiqi və ya istismar qaydalarını açıqlayan məlumatlar MN, DTX, XKX, DİN, DSX, XDMX, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (bundan sonra - Milli Elmlər Akademiyası), Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Təhsil Nazirliyi), Fövqəladə Hallar Nazirliyi
3. Bakterial və ya tibbi mühafizə vasitələrinin tədarükünə dair plan və ya faktiki göstəriciləri açıqlayan məlumatlar MN, DTX, XKX, DİN, DSX, XDMX, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Səhiyyə Nazirliyi), Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - Ekologiya və Təbii Sərvətlər Nazirliyi),Fövqəladə Hallar Nazirliyi
4. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrindəki öhdəliklərinin şamil edilmədiyi rejimli obyektlərin dislokasiyası, təyinatı, hazırlığı və ya mühafizə olunma dərəcəsi, tikintisi və istismarı, göstərilən obyektlərin tikintisi üçün torpaq sahələrinin, yerin təkinin və ya akvatoriyaların ayrılması, həmçinin bu obyektlərin yaradılması ilə əlaqədar planlaşdırılan və ya aparılan axtarış, layihə və s. işlər haqqqında məlumatlar DTX, XKX, MN, DİN, DSX, XDMX, İqtisadiyyatNazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi(bundan sonra - Əmlak Məsələləri Dövlət Komitəsi),Fövqəladə Hallar Nazirliyi[7]
5. Dövlətin müdafiə qabiliyyəti və təhlükəsizliyinin təmin olunması mənafeyi naminə Azərbaycan Respublikası rabitə sisteminin qarşılıqlı əlaqələndirilmiş şəbəkəsinin istifadəsini və ya inkişafının perspektivlərini, hərbi və ya xüsusi təyinatlı radioelektron vasitələr üçün radiotezlikli zolaqların ayrılmasını və istifadə edilməsini, qoşunların bütün növ rabitə, radiolokasiya, radiotexniki təminatının təşkilini və ya fəaliyyətini açıqlayan məlumatlar DTX, XKX, MN, DİN, DSX, XDMX, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi)
6. Beynəlxalq müqavilələrin predmeti olmayan mühüm müdafiə və ya iqtisadi əhəmiyyətli topoqrafiya, geodeziya və ya kartoqrafiya fəaliyyətinin nəticələrini açıqlayan məlumatlar MN, DSX, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra - Dövlət Neft Şirkəti), Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - Energetika Nazirliyi), Ekologiya və Təbii Sərvətlər Nazirliyi[8]
III. XARİCİ SİYASƏT SAHƏSİNDƏ MƏLUMATLAR
Dövlət sirrinə aid edilən məlumatlar Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları
7. Xarici-siyasi, xarici-iqtisadi, elmi-texniki əlaqə məsələləri üzrə dövlətin strategiyasını və taktikasını açıqlayan məlumatlar, əgər onların vaxtından əvvəl yayılması Azərbaycan Respublikasının mənafeyinə ziyan vura bilərsə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra - Xarici İşlər Nazirliyi), İqtisadiyyatNazirliyi, MN, DSX, Milli Elmlər Akademiyası,Müdafiə Sənayesi Nazirliyi
8. Bir və ya bir neçə xarici dövlətə və beynəlxalq təşkilata aid siyasi, hərbi, elmi-texniki və ya iqtisadi məsələlərə dair etibarlılıq əsasında əldə edilmiş məlumatlar, əgər onların yayılması həmin məlumatların mənbəyinin müəyyən edilməsinə səbəb ola bilərsə Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, DTX, XKX, MN, DSX, SHXÇDX, Milli Elmlər Akademiyası, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Neft Şirkəti, Energetika Nazirliyi
9. Beynəlxalq münasibətlərdə vahid prinsipial mövqe işləyib hazırlamaq barədə Azərbaycan Respublikasının nümayəndələri ilə digər dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri arasında danışıqlar haqqında məlumatlar, əgər danışıq iştirakçılarının fikrinə görə, həmin məlumatların yayılması tərəflərdən heç olmasa biri üçün diplomatik fəaliyyətinin həyata keçirilməsində çətinlik yaranmasına səbəb ola bilərsə Xarici İşlər Nazirliyi, DTX, XKX, MN, DSX, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Ədliyyə Nazirliyi)
10. Beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv olunması, onların məzmunu haqqında məlumatlar, əgər həmin məlumatların vaxtından əvvəl açıqlanması Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə, təhlükəsizliyinə, siyasi və ya iqtisadi mənafelərinə ziyan vura bilərsə Xarici İşlər Nazirliyi, DTX, XKX, İqtisadiyyatNazirliyi, MN, DSX, XDMX, Ədliyyə Nazirliyi
11. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla hərbi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığı, silah və hərbi texnikanın idxalı və ixracı, onların təmiri və istismarı haqqında, həmçinin silahların, hərbi texnikanın, hərbi və hərbi sənaye obyektlərinin yaradılmasında göstərilən və ya alman texniki yardım haqqında məlumatlar, əgər həmin məlumatların vaxtından əvvəl açıqlanması tərəflərdən heç olmasa biri üçün diplomatik fəaliyyətinin həyata keçirilməsində çətinlik yaranmasına səbəb ola bilərsə Xarici İşlər Nazirliyi, MN, Müdafiə Sənayesi Nazirliyi, DSX, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Dövlət Gömrük Komitəsi), DİN, İqtisadiyyat Nazirliyi
IV. İQTİSADİ SAHƏDƏ MƏLUMATLAR [9]
Dövlət sirrinə aid edilən məlumatlar Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları
12. Azərbaycan Respublikası iqtisadiyyatının müharibə dövründə sabit fəaliyyət göstərməyə hazırlığını müəyyən edən göstəricilər haqqın-da məlumatlar DTX, XKX, MN, İqtisadiyyat Nazirliyi, DİN, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Maliyyə Nazirliyi), Təhsil Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi), Energetika Nazirliyi, Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra - DMAA)[10]
13. Azərbaycan Respublikası infrastrukturundan onun müdafiə qabiliyyəti və təhlükəsizliyinin təmin olunması mənafeyi naminə istifadə haqqında məlumatlar MN, DTX, XKX, DİN, DSX, SHXÇDX, XDMX, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi DMAA
14. İqtisadiyyatın müxtəlif sahələrində prinsipcə yeni məmulatların, texnoloji proseslərin yaradılmasında istifadə oluna biləcək elm və texnika sahəsində en yeni nailiyyətlərin mahiyyətini açıqlayan, habelə silah və hərbi texnikanın, onların döyüş səmərəliliyinin yüksəldilməsi imkanlarının keyfiyyətcə yeni səviyyəsini müəyyən edən məlumatlar, əgər həmin məlumatların yayılması dövlətin mənafeyinə ziyan vura bilərsə DTX, XKX, MN, İqtisadiyyat Nazirliyi, DSX, Təhsil Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Milli Elmlər Akademiyası, DİN, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi)
15. Dövlətin müdafiə və təhlükəsizlik mənafeyi naminə aparılan elmi tədqiqat, təcrübə-konstruktor və ya layihə işlərinin məzmununu və (və ya) təmayülünü, həmin işlər üzrə xərcləri açıqlayan məlumatlar İqtisadiyyat Nazirliyi, DTX, XKX, MN, DSX, Maliyyə Nazirliyi, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi, Milli Elmlər Akademiyası, Energetika Nazirliyi
16. Silahların, hərbi texnikanın, xüsusi obyektlərin yaradılması üzrə aparılan elmi tədqiqat, təcrübə-konstruktor işlərinə, habelə rejimli obyektlərin layihələndirilməsinə, tikintisinə və ya yenidən qurulmasına, silah və hərbi texnikanın yaradılmasına, istehsalına və ya təmirinə ayrılmış təxsisatları və ya faktiki xərcləri açıqlayan məlumatlar MN, DTX, XKX, XDMX, DSX, DİN, İqtisadiyyatNazirliyi, Maliyyə Nazirliyi, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi, Milli Elmlər Akademiyası, Fövqəladə Hallar Nazirliyi
17. Dövlət müdafiə sifarişi planlarını (tapşırıqlarını), silah və hərbi texnikanın istehsal həcmini, onların buraxılışının istehsal gücünü açıqlayan məlumatlar. Müəssisələrin kooperasiya əlaqələri, silah və hərbi texnikanı işləyib hazırlayanlar və ya onların istehsalçıları haqqında məlumatlar, əgər həmin məlumatlar silah və hərbi texnika buraxılışının istehsal gücünə dair göstəriciləri və (və ya) silah və hərbi texnikanın əsas taktiki-texniki xüsusiyyətlərini açıqlayırsa MN, DTX, XKX, XDMX, DSX, İqtisadiyyatNazirliyi, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi, Milli Elmlər Akademiyası,Fövqəladə Hallar Nazirliyi
18. Silah və hərbi texnikanın metroloji təminat vəziyyətini, onların keyfiyyətcə yeni səviyyəsini müəyyənləşdirən hərbi etalonların və ya metroloji təminat vasitələrinin texniki və ya metroloji xüsusiyyətlərini, silah və hərbi texnika sahəsində standartlaşdırmanın əsas istiqamətlərini və ya inkişaf proqramlarını, habelə standartların məzmununu açıqlayan məlumatlar MN, Müdafiə Sənayesi Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi [11]
19. Azərbaycan Respublikası iqtisadiyyatının səfərbərlik planının struktur təşkilini və ya göstəricilərini, habelə mərkəzi icra hakimiyyəti orqanlarının və ya ayrı-ayrı təşkilatların səfərbərliyə hazırlıq vəziyyətini, dövlət ehtiyatlarının və (və ya) səfərbərlik ehtiyatlarının dislokasiyasını, faktiki miqdarını, onlardan istifadəni, sənayenin səfərbərlik hazırlığı sahəsində aparılan elmi tədqiqat işlərinin planlarını, məzmununu və ya nəticələrini açıqlayan məlumatlar İqtisadiyyat Nazirliyi, MN, DSX, SHXÇDX, Milli Elmlər Akademiyası və aidiyyəti olan orqanlar,Fövqəladə Hallar Nazirliyi
20. Silah və hərbi texnikanın istehsalı və təmiri, ümumi tətbiq təyinatlı məhsulların, strateji növlü xammal və materialların istehsalı üzrə səfərbərlik gücləri, həmin güclərin yaradılması və (və ya) inkişafı (saxlanılması), silah, hərbi texnika və səfərbərlik planına daxil edilən əsas növ ümumi tətbiq təyinatlı məhsullara dair sənədlərin sığorta fondlarının vəziyyəti və saxlama yerləri haqqında məlumatlar MN, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi,Müdafiə Sənaye Fövqəladə Hallar Nazirliyi si Nazirliyi ,
21. Yanacağın strateji növlərinin müdafiə və təhlükəsizlik məqsədləri üçün göndərilməsinin və ehtiyatlarının həcmlərini açıqlayan məlumatlar MN, DTX, XKX, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Neft Şirkəti
22. Kənd təsərrüfatı məhsullarının strateji növlərinin müdafiə və təhlükəsizlik məqsədləri üçün buraxılışının və ya göndərilməsinin həcmlərini açıqlayan məlumatlar MN, DTX, XKX, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi
23. Nəqliyyat şəbəkəsinin və nəqliyyat vasitələrinin hərbi məqsədlər üçün hazırlığını, vəziyyətini, təchizatını, habelə hərbi yükdaşımaların təşkilini və həcmini, silah və hərbi texnikanın nəql olunması marşrutlarını, yollarda hərəkətin təhlükəsizliyinin və ya yüklərin qorunmasının təmin edilməsi üzrə rabitə və ya idarəetmə sistemlərinin təşkilini və (və ya) fəaliyyətini, habelə bu məqsəd üçün görülən xüsusi tədbirləri, yükdaşımaların təmin olunması üzrə yolların (dəmiryolların) imkanlarını və (və ya) səfərbərlik ehtiyatlarını, qoşunların yükləmə və ya boşaltma məntəqələrinin dislokasiyasını, ixtisaslaşmasını, güclərini və (və ya) buraxılış qabiliyyətini, həmin məntəqələrə ərzaq, tibbi-sanitar xidmətinin göstərilməsi barədə göstəriciləri açıqlayan məlumatlar MN, DTX, XKX, DİN, XDMX, DSX, SHXÇDX, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi DMAA
24. Nəqliyyat vasitələri, o cümlədən nəqliyyatın ayrı-ayrı növləri üzrə səfərbərlik tələbatını və (və ya) təminatını açıqlayan məlumatlar DTX, XKX, MN, DSX, SHXÇDX, DİN, İqtisadiyyatNazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi DMAA
25. Bütövlükdə Azərbaycan Respublikası üzrə mülki müdafiə qüvvələrinin və ya vasitələrinin vəziyyəti, əhalinin təhlükəsizliyinin təmin olunma dərəcəsi, ölkənin müdafiə maraqlan üçün istifadə oluna bilən dağ-mədən yerləri, təbii qoruqlar, metropoliten və ya digər qurğular, habelə iri şəhərlərin su təchizatı sxemləri və (və ya) su kəmərlərinin əsas qurğularının və ya onları qidalandıran qurğuların yerləşdiyi yer haqqında məlumatlar DTX, XKX, XDMX, MN, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi
26. Bütövlükdə Azərbaycan Respublikası və ya beynəlxalq müqavilələrin predmeti olmayan ayrı-ayrı iri yataqlar üzrə faydalı qazıntıların strateji növlərinin (neft, neftdə həll olmuş qaz, tantal, niobium, berillium, litium, ittrium qrupuna daxil olan nadir metallar, uran, torium, xüsusi təmiz kvars xammalı) yerin təkindəki sənaye ehtiyatlan haqqında məlumatlar İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi
27. Xarici borclara dair ümumiləşdirilmiş göstəricilər istisna olmaqla Azərbaycan Respublikasının xarici dövlətlərlə nizama salınmamış haqq-hesablarını və ya müharibə dövründə bütövlükdə Azərbaycan Respublikasının xarici ölkələrlə ödəmə balansım açıqlayan məlumatlar Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank
28. Maliyyə və (və ya) pul-kredit fəaliyyəti haqqında məlumatlar, əgər həmin məlumatların vaxtından əvvəl yayılması dövlətin təhlükəsizliyinə ziyan vura bilərsə Maliyyə Nazirliyi
29. Rəsmi dərc edilənə qədər pul banknotlarının yeni nümunələri və ya sikkələrin layihələri (yubiley və xatirə sikkələri istisna olmaqla), Azərbaycan Respublikası Milli Bankının banknotlarının saxtalaşdırmadan qorunmasını təmin edən üsullar haqqında məlumatlar Mərkəzi Bank, Maliyyə Nazirliyi, DTX, XKX,DİN
30. Silah və hərbi texnikanın yaradılması, istehsalı və (və ya) istismarı zamanı yaranan fiziki-kimyəvi hadisələri (sahələri), onların mühafizə olunan parametrlərini açıqlayan məlumatlar DTX, XKX, MN, DİN, DSX, İqtisadiyyat Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi
V. KƏŞFİYYAT, ƏKS-KƏŞFİYYAT, ƏMƏLİYYAT-AXTARIŞ FƏALİYYƏTİ SAHƏSİNDƏ MƏLUMATLAR
Dövlət sirrinə aid edilən məlumatlar Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları
31. Dövlət sirrinin mühafizəsinin təşkilini və ya faktiki vəziyyətini açıqlayan məlumatlar Dövlət sirinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları
32. Dövlət sirri təşkil edən məlumatların mühafizəsi, informasiyanın icazəsiz müdaxilədən, xarici kəşfiyyatlardan və texniki kanallarla sızmadan mühafizəsi üzrə planlaşdırılan və (və ya) həyata keçirilən tədbirlərin üsul və vasitələrini açıqlayan məlumatlar, habelə bu fəaliyyətin maliyyələşdirilməsi haqqında məlumatlar, əgər onlar sadalanan məlumatlan açıqlayırsa. Şifrlənmiş, o cümlədən kodlaşdırılmış və məxfiləşdirilmiş rabitə sistemləri haqqında, şifrlər, şifrlərin işlənilməsi və hazırlanması, onlarla təminat, şifrləmə və xüsusi mühafizə vasitələri haqqında, xüsusi təyinatlı informasiya-təhlil sistemləri haqqında məlumatlar DTX, XKX, MN, XDMX, DSX, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Nazirliyi[15]
33. Dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin olunmasının təşkilini, qüvvələrini, vasitələrini və üsullarını açıqlayan məlumatlar, habelə həmin obyektlərin təhlükəsizliyinin təmsin olunması üçün maliyyələşdirməyə dair göstəricilər, əgər onlar yuxanda göstərilən məlumatlan açıqlaya bilərsə XDMX, DTX, XKX, Maliyyə Nazirliyi
34. Kəşfiyyat, əks-kəşfiyyat və ya əməliyyat-axtarış fəaliyyətinin təşkilini, mənbələrini, qüvvələrini, planlarını, vasitələrini, üsullarını, vəziyyətini və ya nəticələrini açıqlayan məlumatlar, habelə həmin fəaliyyət növlərinin maliyyələşdirilməsinə dair göstəricilər, əgər onlar yuxanda göstərilən məlumatlan açıqlaya bilərsə. Kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfedensial əsaslarla əməkdaşlıq edən və ya etmiş şəxslər haqqında məlumatlar. Əməliyyat-səfərbərlik işinin vəziyyətini, nəticələrini, habelə tədbirlərini açıqlayan məlumatlar DTX, XKX, MN, DSX, DİN, XDMX, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Respublika Prokurorluğu), Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra - Vergilər Nazirliyi), Maliyyə Nazirliyi[16]
35. Konkret şəxslərin kəşfiyyat, əks-kəşfiyyat, mütəşəkkil cinayətkarlıqla mübarizə və ya əməliyyat-axtarış bölmələrinin kadr heyətinə mənsubluğunu, habelə həmin orqanların əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərini, dövləti cinayətlərlə bağlı cinayət işləri üzrə aparılan istintaqın qüvvələrini, vasitələrini və üsullarını açıqlayan məlumatlar DTX, XKX, MN, XDMX, DİN, DSX, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Respublika Prokurorluğu
36. Rabitə vasitələrinin radioelektron kəşfiyyatı orqanlarının fəaliyyətinin qüvvələrini, planlarını, vasitələrini, üsullarını, vəziyyətini və ya fəaliyyətinin nəticələrini açıqlayan məlumatlar, habelə həmin orqanların fəaliyyətinin maliyyələşdirilməsinə dair göstəricilər, əgər onlar yuxanda göstərilən məlumatları açıqlaya bilərsə DTX, XKX, MN, XDMX, DSX, Maliyyə Nazirliyi
37. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti orqanlarının fəaliyyətinin əsas istiqamətlərinin məzmununu, təşkilini və ya nəticələrini, Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin quruluşunu açıqlayan məlumatlar DSX, DTX, XKX,
38. Ümumiləşdirilmiş göstəricilər istisna olmaqla, dövlət büdcəsinin Azərbaycan Respublikası müdafiəsinin, təhlükəsizliyinin, hüquq mühafizə fəaliyyətinin təmin olunması ilə bağlı məxaricini, icra hakimiyyəti orqanlarının smetalarındakı ayrı-ayrı maddələr üzrə pul vəsaitinin qoşunların saxlanılması üçün xərclənməsini açıqlayan məlumatlar MN, DTX, XKX, DİN, XDMX, DSX, İqtisadiyyatNazirliyi, Maliyyə Nazirliyi
39. Dövlətin təhlükəsizlik mənafeyi naminə kadrların hazırlanması və yerləşdirilməsi üzrə tədbirləri açıqlayan məlumatlar DTX, XKX, MN, DSX, SHXÇDX, XDMX