z

Fərman və Sərəncamlar

07 OKTYABR / 2005

DƏMİRYOLU İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMININ TƏSİS EDİLMƏSİ HAQQINDA
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Dəmiryolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanın dəmiryolu işçilərinin ölkə iqtisadiyyatının inkişafında və sosial həyatında mühüm rolunu nəzərə alaraq qərara alıram:
1. Hər il oktyabrın 13-ü - müstəqil Azərbaycan dəmir yolunun təşkil edildiyi gün - Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü elan edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 oktyabr 2005-ci il