z

Fərman və Sərəncamlar

28 OKTYABR / 2006

BAKI METROPOLİTENİ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMININ TƏSİS EDİLMƏSİ HAQQINDA
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Bakı metropoliteninin istifadəyə verilməsinin 40 illiyi ilə əlaqədar qərara alıram:
1. Hər il noyabr ayının 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunsun.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2006-cı il

№ 1758