z

Fərman və Sərəncamlar

02 DEKABR / 2006

RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜNÜN TƏSİS EDİLMƏSİ HAQQINDA
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar qərara alıram:
1. Hər il dekabr ayının 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunsun.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 dekabr 2006-cı il