z

Fərman və Sərəncamlar

05 NOYABR / 2007

D.İ.MUQANLİNSKİYƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDÜNÜN VERİLMƏSİ HAQQINDA
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

D.İ.Muqanlinskiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Bakı metropoliteninin istismarında xidmətlərinə görə Dovran İbadulla oğlu Muqanlinskiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2007-ci il.