z

Fərman və Sərəncamlar

04 FEVRAL / 2008

BAKI METROPOLİTENİ İŞÇİLƏRİNİN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ HAQQINDA
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Bakı Metropoliteni işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı Metropoliteni işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. 2008-ci il yanvarın 1-dən etibarən Bakı Metropoliteni işçilərinin əməkhaqları orta hesabla 30 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral 2008-ci il