z

Fərman və Sərəncamlar

06 NOYABR / 2017

BAKI METROPOLİTENİNİN BİR QRUP İŞÇİSİNƏ “ƏMƏKDAR MÜHƏNDİS” FƏXRİ ADININ VERİLMƏSİ HAQQINDA
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06 Noyabr 2017 0:00

Bakı Metropoliteninin bir qrup işçisinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
İsayev Etibar Cavanşir oğlu
Kərimov Telman Kərim oğlu
Tağıyev Səbuhi Qiyas oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr 2017-ci il.