z
15 NOYABR / 2015
F.M.ƏLİYEVƏ VƏ R.S.İSMAYILOVA “ƏMƏKDAR MÜHƏNDİS” FƏXRİ ADININ VERİLMƏSİ HAQQINDA
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə Fuad Məmməd-Hüseyn oğlu Əliyevə və Rauf Səməd oğlu İsmayılova “Əməkdar mühəndis” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2015-ci il.