z

Fərman və Sərəncamlar

07 NOYABR / 2014

M.M.Həsənova və H.M.Məmmədova “Əməkdar mühəndis”fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə Məmməd Muxtar oğlu Həsənova və Hidayət Mahmud oğlu Məmmədova “Əməkdar mühəndis” fəxri adı verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2014-cü il.