z
07 NOYABR / 2012
L.Q.MUZIÇENKOYA VƏ A.M.ZEYNALOVA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDÜNÜN VERİLMƏSİ HAQQINDA
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
07 Noyabr 2012 0:00
L.Q.Muzıçenkoya və A.M.Zeynalova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Bakı Metropoliteninin istismarında səmərəli fəaliyyətinə görə Lidiya Qriqoryevna Muzıçenkoya və Akif Mahdi oğlu Zeynalova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2012-ci il.