z

Fərman və Sərəncamlar

02 MART / 2012

BAKI METROPOLİTENİNİN «MƏŞƏDİ ƏZİZBƏYOV» STANSİYASININ ADININ DƏYİŞDİRİLƏRƏK «KOROĞLU» ADLANDIRILMASI HAQQINDA
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

02 Mart 2012 0:00

Bakı metropoliteninin «Məşədi Əzizbəyov» stansiyasının adının dəyişdirilərək «Koroğlu» adlandırılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Bakı metropoliteninin «Məşədi Əzizbəyov» stansiyasının adı dəyişdirilərək «Koroğlu» adlandırılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı metropoliteni bu qərardan irəli gələn məsələləri həll etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 2 mart 2012-ci il