z

Fərman və Sərəncamlar

20 MAY / 2011

BAKI METROPOLİTENİNİN YENİ TİKİLƏCƏK STANSİYALARININ ADLANDIRILMASI BARƏDƏ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
20 May 2011 0:00

Bakı Metropoliteninin yeni tikiləcək stansiyalarının adlandırılması barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospektində yerləşən Bakı Metropoliteninin yeni tikiləcək stansiyası "Avtovağzal" adlandırılsın.
2. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən Bakı Metropoliteninin yeni tikiləcək stansiyası "Dərnəgül" adlandırılsın.
3. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteni bu qərardan irəli gələn məsələləri həll etsinlər.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 20 may 2011-ci il