z
18 MART / 2011
ƏLAVƏ №2: BAKI METROPOLİTENİNİN 2011-2015-Cİ İLLƏRDƏ İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMI
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir
18 Mart 2011 0:00
Əlavə №2: Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir
Əlavə №2
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il “18” mart tarixli
1408 nomrəli Sərəncamı ilə
təsdiq edilmişdir
Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair
Dövlət Proqramı
1.Giriş
Son illərdə Bakı şəhəri ərazisinin genişləndirilməsi və əhalisinin artması nəticəsində paytaxt müasir infrastruktura malik meqapolisə cevrilməkdədir. Əldə edilmiş iqtisadi nailiyyətlər nəticəsində xalqımızın maddi rifahının yaxşılaşması, əhalinin məşğulluq səviyyəsinin artması, yeni iş yerlərinin açılması ilə əlaqədar olaraq Bakı şəhərində əhalinin hərəkətinin intensivləşməsi, həmçinin paytaxtımıza turist axınının güclənməsi şəhər infrastrukturunda aparıcı yer tutan nəqliyyat sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini labüd etmişdir.
Avtomobil yollarında tıxacların aradan qaldırılması və nəqliyyatın hərəkətində rahatlığın təmin edilməsi üçün bir sıra yeni küçə və yollar salınmış, Bakı şəhərinin əsas giriş-çıxış yolları genişləndirilmiş, yeni yol qovşaqları, avtomobil tunelləri və piyada keçidləri inşa edilərək əhalinin istismarına verilmiş, həmçinin şəhər sərnişin daşınmasında istifadə üçün iritutumlu avtobusların alınmasına müvafiq vəsait ayrılmışdır. Bundan başqa, şəhər nəqliyyatının vahid mərkəzdən idarə edilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə nəqliyyatda intellektual idarəetmə sisteminin yaradılması istiqamətində də müvafiq layihələr həyata keçirilmişdir.
Eyni zamanda, əhalinin rahat, maneəsiz və sürətlə daşınmasında mühüm yer tutan və ekoloji cəhətdən ən təmiz nəqliyyat növü olan metropolitenin təkmilləşdirilməsi və genişləndirilməsi diqqət mərkəzində olmuş və bu istiqamətdə də xeyli işlər görülmüşdür.
Bakı Metopoliteni fəaliyyət göstədiyi 44 il ərzində böyük inkişaf yolu keçərək 22 stansiya və 33 kilometrlik yeraltı polad yolları əhatə edən şəbəkəyə çevrilmiş, orta illik sərnişindaşıma 175 milyon nəfərə çatmışdır.
Son iki ildə “Nəsimi” və “Azadlıq prospekti” stansiyaları və “28 May” stansiyasının ikinci çıxışı inşa edilərək, əhalinin istifadəsinə verilmiş, “İçərişəhər” stansiyası tamamilə yenidən qurulmuşdur.
Tikinti və yenidənqurma işləri ilə yanaşı, Bakı metropoliteninin vaqon parkının yeniləşdirilməsi üçün təzə metro vaqonları alınmış, metronun maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə müxtəlif maşın, mexanizm və avadanlıq, o cümlədən müasir ekskalatorlar alınaraq quraşdırılmış, habelə dünyanın aparıcı ölkələrinin təcrübələrinə uyğun olaraq, müasir texnalogiyalar əsasında Bakı metropoliteni obyektlərində təhlükəsizlik və videomüşahidə şəbəkəsinin yaradılmasına başlanılmışdır. Həmçinin, metro tikintisində ən vacib komponent olan tunellərin qısa müddətdə və daha az məsrəflə qazılması üçün müasir tunelqazma kompleksi alınmışdır. Bunun nəticəsində tunellərin daha sürətlə tikilməsinə və material sərfində qənaətə nail olunacaqdır.
“Bakı Metropoliteninin perspetiv inkişafı ilə baglı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 noyabr tarixli 34 nömrəli Sərəncamı ilə verilmiş tapşırığa uyğun olaraq, ixtisaslaşmış xarici şirkətlərin iştirakı ilə əhalinin məskunlaşma coğrafiyası, hərəkətin intesivliyini yaradan amillər, həmcinin digər nəqliyyat vasitələri ilə uzlaşma imkanları nəzərə alınmaqla, Bakı şəhərinin yeraltı nəqliyyat şəbəkəsinin uzunmüddətli Konseptual İnkişaf Sxemi hazırlanmışdır.
Konseptual İnkişaf Sxemi Bakı Metropoliteninin mövcud şəbəkəsinin 2030-cu ilədək olan müddətdə mərhələlərlə genişləndirilməsini və nəhəng metro şəbəkəsinin yaradılmasını nəzərdə tutur.
Bu Dövlət Proqramı Konseptual Sxemdə nəzərdə tutulan ardıcıllıq və prioritetlərə uyğun olaraq, yaxın beş il ərzində bir yeni xəttin tikintisinə başlanılmasını və mövcud xətlərin tikintisinin davam etdirilməsini, yeni stansiyaların və elektrik depolarının inşasını, təzə vaqonlar alınmasını və ilk növbədə metropolitendə qatarların hərəkət təhlükəsizliyinin və fasiləsiz elektrik enerjisi təchizatının təmin edilməsi ücün ən mütərəqqi texnalogiyanın və müasir avadanlığın tətbiqini, habelə müvafiq kadrlar hazırlanmasının əsas istiqamətlərini müəyyən edir.
2. Dövlət Proqramının əsas məqsəd və vəzifələri
Dövlət Proqramının əsas məqsədi Bakı Metropoliteninin mövcud şəbəkəsinin genişləndirilməsini və yeni xətlərin inşasını təmin etməklə digər ictimai nəqliyyat növlərinin yükünün azaldılmasını, metropolitenin vaqon parkının mütəmadi modernləşdirilməsini, qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsini, sərnişinlərə maksimum rahatlıq yaradılmasını, habelə metronun digər ictimai nəqliyyat vasitələri ilə uzlaşmasını və inteqrasiyasını təmin etməklə metropoliten şəbəkəsinin təkmilləşdirilməsindən ibarətdir.
Dövlət Proqramı çərçivəsində 2011-2015-ci illərdə aşağıdakı vəzifələrin və bu Proqramın 5-ci bölməsində göstərilmiş tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulur:
uzunmüddətli Konseptual İnkişaf Sxeminə uyğun olaraq, yeni III xətt üzrə 5 yeni stansiyanın və 1 elektrik deposunun inşa olunması, mövcud II xətt üzrə 1 elektrik deposunun və 3 yeni stansiyanın tikilməsi;
bir neçə mövcud çıxışlı stansiyada ikinci cıxışların inşası ilə əlaqədar məsələlərin həlli;
mövcud I və II xətlərdə müstəqil hərəkətin təşkili, habelə bu xətlərin yeni xətlərlə birləşdirən keçid stansiyalarının inşası;
“28 May” stansiyasının yenidən qurulmasının başa çatdırılması;
vaqon parkının yerləşdirilməsi və müasirləşdirilməsi;
qatarların hərəkətinin təhlükəsizliyinin və sərnişin daşınmasının keyfiyyətinin artırılmasının təmin edilməsi;
yeni tikiləcək xətlərdə platformaların uzunluğunun artırılması hesabına vaqonların sayının 5-dən 7-yə çatdırılması və bununla əlaqədər sərnişindaşımanın keyfiyyətinin və həcminin artırılması;
elmi-texniki nailiyyətlərin və yeni texnologiyaların metro nəqliyyatı infrastrukturunda tətbiq edilməsi;
elektrik enerjisi ilə fasiləsiz və davamlı təchizat ücün zəruri müasir avadanlığın alınması;
metropoliten sistemində kadrların hazırlanması, onların sosial müdafiəsi;
normativ hüquqi bazanın təkmilləşdirilməsi.
3. Maliyyə mənbələri
Bu Proqramın maliyyələşdirilməsinin təmin edilməsi aşağıda göstərilən mənbələr hesabına həyata kecirilir:
dövlət büdcəsindən ayrılan dövlət əsaslı vəsait qoyuluşu;
kredit vəsaitləri, texniki yardımlar və qrantlar;
qanunvericiliyə zidd olmayan digər mənbələr.
4. Gözlənilən nəticələr
Dovlət Proqramının həyata keçirilməsi aşagıdakı nəticələrin əldə olunmasını təmin edəcəkdir:
uzunmüddətli Konseptual İnkişaf Sxeminə uyğun olaraq, əhalinin sıx məskunlaşdığı əraziləri əhatə etməklə, prioritet hesab edilən yeni stansiyaların 2015-ci ilədək tikilib əhalinin istifadəsinə verilməsi;
sərnişinlərin daşınmasında və onların şəhərdaxili hərəkətində rahatlığa və çevikliyə nail olunması;
əhalini metroya cəlb etmək və istiqamətləndirməklə, digər içtimai nəqliyyat növlərinin yükünün azaldılması;
Bakı şəhərinin nəqliyyat sistemində mövcud gərginliyin və tixacların aradan qaldırılması;
metropolitenin sərnişin nəqliyyatının digər növləri və infrastrukturu ilə uzlaşdırılmasının və inteqrasiyasının təmin edilməsi;
stansiyalarda və tunellərdə ən müasir texnologiyaların tətbiqi vasitəsilə əhalinin metroda gedişində maksimum təhlükəsizliyin və rahatlığın təmin edilməsi;
yeni tunelqazma qurgu və mexanizmlərinin alınması nəticəsində metro tikintisinin sürətləndirilməsi və tikintinin maya dəyərinin aşağı salınması;
metronun fəaliyyətinin elektrik enerjisi ilə fasiləsiz və davamlı təchizatına nail olunması;
mövcud metropoliten şəbəkəsinin maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi.
5. Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün
TƏDBİRLƏR PLANI
Sıra
№-si
Tədbirin adı
İcra
müddəti
İcraçı
Metropoliten xətlərinin Konseptual İnkişaf Sxemi üzrə layihə-smeta sənədlərinin
hazırlanması, tikinti-quraşdırma işləri və yeni sistemlərin tətbiqi
1.1.
Konseptual İnkişaf Sxeminə uyğun olaraq, III yeni xəttin işçi layihə-smeta sənədlərinin hazırlanması və həmin xəttin “Elektrik deposu” -“Avtovağzal”-“M.Əcəmi-2”- “B-3”-“B-4” - “B-5” sahəsinin tikintisi
2011-2015
Bakı Metropoliteni
“Azərtunelmetrotikinti” ASC
1.2
Konseptual İnkişaf Sxeminə uyğun olaraq, mövcud II xəttin “Elektrik deposu”nun və “Azadlıq prospekti” “Y-4” sahəsinin tikintisi“H.Aslanov ”- “Y-18”- “Yeni Günəşli” sahəsinin işçi layihə-smeta sənədlərinin hazırlanması və tikintisi
2011-2015
Bakı Metropoliteni
“Azərtunelmetrotikinti” ASC
1.3
Konseptual İnkişaf Sxeminə uyğun olaraq, IV yeni xəttin “Elektrik deposu” - “Yeni Yasamal” - “İnşaatçılar-2”-“M-3”-“M-4”-“Gənclik-2” sahəsinin işçi layihə-smeta sənədlərinin hazırlanması
2011-2015
Bakı Metropoliteni
1.4
Konseptual İnkişaf Sxeminə uyğun olaraq,yeni metro stansiyaları və elektrik depoları üçun tələb olunan torpaq sahəsinin ayrılması və bu torpaq sahələrində yerləşən obyektlərin köçürülməsi üçün qanunvericiliyin tələblərinə uygun zəruri tədbirlərin görülməsi, torpaqların ölçüləri və sərhədləri haqqında məlumatların əlaqədar təşkilatlara təqdim edilməsi
2011-2012
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Nəqiliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti,Bakı Metropoliteni və digər əlaqədar təşkilatlar
2. Mövcud stansiyaların yenidən qurulması
2.1
“M.Əzizbəyov” stansiyasının yenidən qurulmasının başa catdırılması
2012
Bakı Metropoliteni
2.2
“Elmlər Akademiyası” stansiyasının II çıxışının tikintisi
2011-2013
Bakı Metropoliteni
“Azərtunelmetrotikinti” ASC
2.3
“28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması və mövcud I (“H.Aslanov ”- “İçərişəhər ” xətti) və II(“Xətai”-“ VI stansiya”xətti) xətlərin sərbəst hərəkətinin təşkili
2011-2013
Bakı Metropoliteni
2.4
Metropoliten stansiyalarının mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması
2011-2015
Bakı Metropoliteni
2.5
Birçıxışlı “Nizami”, “İçərişəhər”, “Sahil” və “Xətai” stansiyalarının II çıxışlarının işçi layihə-smeta sənədlərinin hazırlanması
2011-2013
Bakı Metropoliteni
3.Təhlükəsizlik tədbirləri və maddi- texniki bazanın gücləndirilməsi
3.1
Metropolitenin stansiya və vaqonlarında videomüşahidə, təhlükəsizlik sistemlərinin quraşdırılması
2011-2014
Bakı Metropoliteni
3.2
Yeni metro vaqonlarının alınması
2011-2015
Bakı Metropoliteni
3.3
Metropoliten obyektlərində, o cümlədən vaqonlarda müasir yanğın işarəvermə sisteminin və avtomatik yanğınsöndürmə sisteminin tətbiqi
2012
Bakı Metropoliteni
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
3.4
Mövcud metropoliten xətlərinin bütün yol mənzillərində qovuşuqsuz rels dövrələrinə keçmək şərtilə marşrut-rele mərkəzləşdirmə sisteminin əvəzinə yeni tipli mikroprosessor mərkəzləşməsi sisteminin layihələndirməsi və tətbiqi
2011-2015
Bakı Metropoliteni
3.5
Dispetçer rabitəsinin və qatar radiorabitəsinin yeni texnologiya əsasında modernləşdirilməsi
2011-2015
Bakı Metropoliteni
4 . Enerji təchizatı və elektromexanika təsərrüfatının yaxşılaşdırılması
4.1
Konseptual İnkişaf Sixeminə əsasən yeni tikiləcək metro stansiyalarının və elektrik depolarının elektrik enerjisi ilə təmin etmək üçün yeni güc mənbələrinin yaradılması, yarımstansiyaların tikintisi və elektrik verilişi xətlərinin çəkilməsi, metropolitenin enerji ilə fasiləsiz təmin edilməsi üçün alternetiv enerji mənbələrinin yaradılması
2011-2015
Bakı Metropoliteni
“Azərenerji”ASC
“Bakıelektrikşəbəkə” ASC
“Bakımetrolayihə”İnstitutu
4.2
Elektrik təchizatı, dartı, paylanma, işıqlandırma və digər kabel şəbəkələrinin yeniləşdirilməsi, 3 (üç) ədəd dartı-azaldıcı yarımstansiyanın layihələndirilməsi və inşası
2011-2015
Bakı Metropoliteni
4.3
Metroda mikroiqlim təminatını yaxşılaşdırmaq məqsədi ilə stansiya və tunellərdəki ventilyasiya sisteminin monitorinqi və monitorinq əsasında ventilyasiya sisteminin kompleks modernləşdirilməsi
2011-2015
Bakı Metropoliteni
4.4
Suxaric qurğuları avadanlığının müasir və davamlı aqreqatlarla və elektron işarəvermə və mühafizə sisteminin tətbiqi ilə modernləşdirilməsi
2011-2015
Bakı Metropoliteni
4.5
Motorrels nəqliyyatı parkının yeniləşdirilməsi, avtodrezinlərin, tunelyuyan aqreqatın və vaqon-laboratoriyanın alınması
2011-2015
Bakı Metropoliteni
5.Normativ hüquqi bazanın təkmilləşdirilməsi
5.1
Metropoliten təsərrüfatı və metro tikintisi üzrə sahə normativ sənədlərinin təkmilləşdirilməsi
2011-2012
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Metropoliteni, “Azərtunelmetrotikinti” ASC
5.2
Yeni xətlər üçün zəruri normativ texniki sənədlərin hazırlanması
2011-2012
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
5.3
Mövcud xətlər və onların genişləndirilmiş sahələri üçün zəruri olan normativ texniki sənədlərin hazırlanması
2011-2012
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
5.4
Metropoliten təsərrüfatları üzrə layihə və tikinti işləri və ixtisaslı fəhlə, orta ixtisas və ali təhsilli kadrların hazırlanması
2011-2015
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Metropoliteni, “Bakımetrolayihə” İnstitutu, “Azərtunelmetrotikinti” ASC