z
19 APREL / 2023
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ölkədə aparılan struktur islahatları nəticəsində yaradılan yeni təşkilatların fəaliyyətə başlaması, bəzi təşkilatların ləğv edilməsi və ya birləşdirilməsi ilə bağlı onların maliyyə təminatının həyata keçirilməsi, dövlət maliyyə inzibatçılığının və
hesabatlılığının gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsi üçün vahid büdcə təsnifatının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: