z
05 IYUL / 2023
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın təsdiq edilməsi haqqında” 2000-ci il 6 mart tarixli 347 nömrəli, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 351 nömrəli, “2001-ci il martın 12-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış sənədlər haqqında” 2001-ci il 8 may tarixli 717 nömrəli, “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı haqqında” 2002-ci il 11 may tarixli 920 nömrəli, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli, “Azərbaycan Respublikası vergi xidməti işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” 2005-ci il 1 fevral tarixli 607 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 2007-ci il 28 iyul tarixli 2292 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 3684 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 yanvar tarixli 9 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 745) ilə təsdiq edilmiş Əlavə - “Bakı Metropolitenində baş vermiş qəza ilə əlaqədar respublika nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər planı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4-cü hissənin “İcraçılar” sütununda “Azərbaycan Dövlət Dəmir Yolu” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə, “Azərbaycan Hava Yolları” DK, “Azəravtonəqliyyat” DK” sözləri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
1.2. 15-ci hissənin “İcraçılar” sütununda “Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi, “Azəravtonəqliyyat” DK, “Azərbaycan Hava Yolları” DK” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə, “Bakı Dəniz Limanı” sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;
1.3. 18-ci və 19-cu hissələrin “İcraçılar” sütununda “Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;
1.4. 21-ci hissənin “İcraçılar” sütununda “Bakı Dəniz Limanı” sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;
1.5. 22-ci hissənin “İcraçılar” sütununda “Azəravtonəqliyyat” DK” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi”nin tətbiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 14 oktyabr tarixli 141 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 1998, № 7, maddə 476; 2002, № 3, maddə 148; 2003, № 6, maddə 342, № 8, maddə 460) 3.1-ci bəndində “Azəravtonəqliyyat” Dövlət Konserni” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 828; 2002, № 11, maddə 675; 2003, № 6, maddə 342; 2006, № 9, maddə 822; 2009, № 8, maddə 675, № 9, maddə 736; 2016, № 9, maddə 1585; 2017, № 9, maddə 1742; 2018, № 4, maddə 802, № 11, maddə 2448; 2019, № 9, maddə 1558; 2020, № 9, maddə 1238; 2021, № 10, maddə 1193) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 6.2.12-ci yarımbəndin birinci abzasında “Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;
3.2. 6.2.26-cı yarımbəndin birinci cümləsində “Azərbaycan Dövlət Dəmir Yolları” sözləri “dəmir yolları” sözləri ilə əvəz edilsin;
3.3. 7.1.1-ci yarımbəndin birinci abzasında “Azərbaycan Dövlət Dəmir Yolu” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 iyun tarixli 113 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 434; 2006, № 12, maddə 1161; 2008, № 6, maddə 586) ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlə-rinin (yaşayış binaları və yataqxanalarda yerləşən qeyri-yaşayış sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi siyahısı”nın “Azərbaycan Dövlət Dəmir Yoluna” hissəsinin adı aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə”.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 133; 2006, № 1, maddə 59; 2009, № 9, maddə 736, № 10, maddə 846; 2013, № 6, maddə 739; 2015, № 11, maddə 1418; 2016, № 9, maddə 1565, № 12, maddə 2211; 2018, № 7 (II kitab), maddə 1627; 2019, № 7, maddə 1310; 2020, № 2, maddə 206; 2022, № 11, maddə 1346) ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 20-ci hissəsində “ADDY” akronimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 28 iyul 2023-cü il
№ 245