z

QSC-nin Nizamnaməsi

14 APREL / 2023

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 25 iyun tarixli 201 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2549 nömrəli Sərəncamının 2-ci hissəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 25 iyun tarixli 201 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 754; 2016, № 3, maddə 583; 2017, № 12 (II kitab), maddə 2511; 2019, № 4, maddə 756; 2020, № 5, maddə 653) 1-ci və 2-ci hissələri ləğv edilsin. 

Əli ƏSƏDOV 
Azərbaycan Respublikasının Baş naziri 
Bakı şəhəri, 14 aprel 2023-cü il 
№ 110

 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə istinad: