z

Qərarlar

08 YANVAR / 2024

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlakların siyahısı” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 dekabr 2023-cü il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 511 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
 
Müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlakların SİYAHISI

1. Mülki müdafiənin mühafizə qurğuları (sığınacaqlar, radiasiya əleyhinə daldalanacaqlar) və onların daxili avadanlıqları.

2. Metropolitenin xətləri, həmin xətlər üzərindəki və bu xətlərə bitişik stansiyalar, yol tunelləri, tunelətrafı qurğular və yeraltı əmlaklarla bilavasitə bağlı olan keçidlər.

3. Metropolitenin elektrik depolarının ərazisində yerləşən saxlama-təmir korpusları, təmir sexləri, emalatxanalar və vaqonları yuma və qurutma kameraları.

4. Metropolitenin idarəetmə məntəqələri (metro stansiyaları və tunellərin havalandırılması, elektrik enerjisi və su ilə təmin edilməsi, rabitə əlaqəsinin yaradılması, qatarların və eskalatorların hərəkətinin idarə olunması üzrə) və onların avadanlıq və qurğuları.

5. Metropolitenin həyat təminatlı obyektləri (elektrik yarımstansiyaları, ventilyasiya kameraları və şaxtaları, su təchizatı və kanalizasiya sistemləri, işarəvermə və rabitə qovşaqları, hermetik kip qapılar, bütün təxliyə keçidləri) və onların avadanlıq və qurğuları.

6. Metropolitenin sərnişin və təsərrüfat qatarları, motodrezin və digər rels nəqliyyatları, video-müşahidə və yanğından mühafizə sistemləri və avadanlıqları.

7. Mülki müdafiə vasitələri saхlanılan ixtisaslaşmış anbarlar.

8. Gеyim və nəqliyyat vasitələrinin zərərsizləşdirilməsi stansiyaları.

9. Avtomobil filtr stansiyaları.

10. Sanitar-təmizləmə məntəqələri.

11. Kimyəvi kəşfiyyat maşınları.

12. Avtoçiləyici stansiya maşınları.

13. Deqazasiya duş qurğuları və tüstü maşınları.

14. Səhra-kimya laboratoriya maşınları.

15. Səyyar su nasosları və pompaları.

16. Radioaktiv, kimyəvi və bioloji vasitələrdən mühafizə üçün nəzərdə tutulan respiratorlar.

17. Kimyəvi və bioloji zəhərləyici vasitələrdən mühafizə kostyumları.

18. Süzücü əleyhqazlar.

19. Süzücü əleyhqazlar üçün çantalar və qablar.

20. Süzücü əleyhqazlar üçün filtrlər.

21. İzoləedici (təcridedici) əleyhqazlar.

22. İzoləedici (təcridedici) əleyhqazlar üçün regenerativ patronlar.

23. İzoləedici (təcridedici) əleyhqazlar üçün əlavə hava balonları.

24. Uşaq mühafizə kameraları.

25. Karabinlə xilasetmə kəmərləri.

26. Meteokomplektlər (müxtəliftipli).

27. Hava ilə doldurulan motorlu qayıqlar.

28. Pnevmoçərçivəli modullar (çadırlar).

29. Əleyhqazların texniki yoxlanması üçün çadırlar.

30. Radiasiya kəşfiyyat və dozimetrik nəzarət cihazları.

31. Kimyəvi kəşfiyyat cihazları.

32. İndikator-siqnalizatorlar.

33. Qazanalizator-siqnalizatorlar.

34. Avtomatik qazosiqnalizatorlar.

35. Rentgenometr-radiometrlər.

36. Fərdi kimya əleyhinə paketlər.

37. Sirkulyar çağırış dayaqları.

38. Sirenlər.

39. Xərəklər.

Qeyd.

Bu siyahı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199.4.1-1-ci maddəsinin məqsədləri üçün hazırlanmışdır və əmlak vergisindən azad edilən mülki müdafiə təyinatlı əmlakları müəyyən edir.